Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in köləsinə çevrilmiş Dilbər Məmmədova: “Atam bizi zorla gətirdi...”


İŞİD-in köləsinə çevrilmiş 18 yaşlı Dilbər Məmmədova: “Atam bizi zorla gətirdi...”


İŞİD terror qruplaşmasının “paytaxt” elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb.

Virtualaz.org xəbər verir ki, mülki kürdlərin nəzarət etdiyi düşərgədə saxlanılanlar arasında azərbaycanlı qadın ə uşaqlar da var.

Onlardan biri Dilbər Məmmədova başına gələnləri danışıb, atası tərəfindən zorla Suriyaya aparıldıqlarını deyib. Hazırda 18 yaşı olan Dilbər Məmmədova deyib ki, atası İŞİD üzvü olub. Onlar Türkiyə üzərindən Suriyaya keçiblər. “Türkiyəyə aid ambulansla sərhədi keçdik, keçərkən nə sərhəd xətti, nə əsgər görmədik”-o deyib.



Dilbər danışıb ki, atası onun bilmədiyi səbəblərdən İŞİD tərəfindən edam olunub. Terror təşkilatının əsarətində olarkən İŞİD o vaxt yetkinlik yaşına çatmayan Dilbəri terrorçulardan biri ilə zorla evləndirib. Həmin terrorçu döyüşlərdən birində öldürüləndən sonra bu dəfə azərbaycanlı qızı başqa İŞİD-çiyə zorla ərə verilib.



D.Məmmədova danışır ki, Raqqada saxlanıldığı evdə tez-tez zorakılığa məruz qalıb, bir neçə dəfə evdən qaçmağa çalışsa da baş tutmayıb. Nəhayət Raqqa İŞİD-dən azad ediləndə Dilbər digər mülki şəxslər kimi kürd döyüşçülərin sığınıb. “Həmin an özümü qanadlanmış kimi hiss etdim. İŞİD bizdən hər şeyimizi, sevincimizi uşaqlıq illərimizi aldı”-deyə o bildirir.



Xatırladırıq ki, bundan əvvəl İraqın Mosul şəhərinin azad olunması zamanı da İŞİD-ə qoşulmuş xeyli azərbaycanlı qadın, onların azyaşlı uşaqları aşkarlanıb. Bu qadınlar və uşaqlar İraqın şimalındakı düşərgədə saxlanılır, Bağdad hökuməti onları deportasiya etməyə hazırlaşır. Xarici KİV-lərin reportajlarına əsasən həmin azərbaycanlı qadınların bir çoxu İŞİD-in nəzarətində yaşamaqdan razılıq ifadə edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar