Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in dağılma prossesinin Putinin yeni təyinatında rolu var - Politoloq


Vasilevin elan etdiyi yeni siyasət Dağıstanın teokratik klanları arasında uğur qazana biləcəkmi?


Qabil Hüseynli: “Vasilevin elan etdiyi siyasətinin konturları kifayət qədər obyektiv və cəlbedici xarakter daşıyır və təbii ki, bu siyasət Kremllə də razılaşdırılıb”

“Abulatipovun gedişindən sonra Dağıstanda dini radikalizmin mərkəzdənqaçmaya və separizmə yuvarlanmasına yol aça bilməsi məsələsi aparılan siyasətdən asılı olacaq”.

Bu sözləri Dağıstanda rəhbərliyin dəyişməsindən sonra bölgədə yaşanacaq hadisələri politoloq Qabil Hüseynli PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov vəzifədən alınıb. İstefaya yollanılan Dağıstan rəhbəri Ramazan Abulatipov Rusiya prezidenti Putinin bu qərarından narazılığını açıq şəkildə ifadə edir. Sabiq Dağıstan rəhbəri öz narazılığını Dağıstanın Xalq Məclisində etdiyi vida çıxışında da gizlətməyib. Abulatipov bildirib ki, dövlətin idarə edilməsində problemlər var. Onu əvəz edəcək Vasilevə müraciətlə Abulatipov kinayə bildirib ki, o, Dağıstanı birləşdirə bilmədi, ola bilsin ki, Vasilyev Dağıstanı birləşdirəcək. 

Qeyd edək ki, Rusiya prezidenti Putinin Dağıstana təyin etdiyi yeni rəhbər Vladimir Vasilyev Dağıstan əsilli deyil. Bəzi mənbələr onun atasının Dərbənd azərbaycanlı olduğunu iddia etsə də, Vladimir Vasilyev atasının qazax, anasının isə rus olduğunu bildirir və Dağıstanla əlaqəli olmadığını, həmçinin onun üçün milli mənsubiyyətin önəmsiz olduğunu vurğulayıb. “Rossiya 24” telekanalında nümayiş etdirilmiş regional parlamentdəki çıxışındaVladimir Vasilyev bildirib ki, Vladimir Vasilyev bildirib ki, onun yeni vəzifədə milliyyəti kimi bir üstünlüyü var. “Mənim üstünlüyüm var ki, heç bir halda Dağıstanın heç bir millətinə aid deyiləm”, - o qeyd edib. “Bu milliyyət amilində, fikrimcə, böyük ehtiyata malikik. Əgər biz səliqə ilə, heç kimi küsdürmədən, ənənələrə hörmətlə yanaşaraq, milli kvotaya uyğun olmadan, istedada, qabiliyyətə görə seçim etsək”, - Dağıstan başçısının vəzifələrini müvəqqəti icra edən söyləyib.

Vasilevin bu siyasəti Azərbaycanın qonşuluğunda yerləşən və Azərbaycanla sıx əlaqələri mövcud olan Dağıstanla və bölgənin  teokratik klanları arasında uğur qazana bilərmi? Umumiyyətlə uzun illər Rusiya siyasətinin mərkəzində yer alan Abulatipovun istefaya zorlamasının və onun yerinə Dağıstana çox az bağlılığı olan generalın təyinat alması nəyin işarətidir. Bu kadr dəyişikliyi ilə Kreml nəyə hazırlaşır və Abulatipovun gedişi Dağıstanda dini radikalizmin separizmə yuvarlanmasına yol aça bilərmi?  
   
Bu mövzu ilə bağlı politoloq Qabil Hüseynli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Картинки по запросу qabil hüseynli

Qabil Hüseynli: “Ramazan Abulatipovun siyasətini bəyənmək o qədər də asan deyil və hesab edirəm ki, Kremlin Abdulatipovdan narazı olması təbiidir”.


Dağıstanın keçmiş rəhbəri Ramazan Abulatipovun özü də klanlara söykənən hakimiyyət sisteminə uyğun siyasət yürütdüyünü vurğulayan politoloq Qabil Hüseynli əlavə edib ki, buna görə də Dağıstanda xaos, ciddi rüşvətxorluq və korrupsiya var idi:

“Mən düşünürəm ki, Vasilevin milli amildən kənar idarəçilik sisteminə üstünlük verməsi Dağıstanın teokratik klanları arasında uğur qazana bilər. Həmçinin hesab edirəm ki, Vasilev tərəfindən məslənin bu cür qoyulması doğrudur. Yəni , Vasilev klanlara, tayfa birliklərinə söykənərək insanın qabliyyət və bacarığına görə kadr siyasəti aparacağın bəyan edib. Bu da kadr siyasətində ən düzgün yanaşmadır. 

Onu da qeyd edim ki, Dağıstanın keçmiş rəhbəri Ramazan Abulatipovun özü də klanlara söykənən hakimiyyət sisteminə uyğun siyasət yürüdürdü və Dağıstanda bu siyasətin nəticəsində xaos, ciddi rüşvətxorluq, həmçinin korrupsiya davam edirdi. Yəni faktiki olaraq Abdulatipov Dağıstanda ondan əvvəl mövcud olan sistemlə şalışırdı. Bu mənada Ramazan Abulatipovun siyasətini bəyənmək o qədər də asan deyil və hesab edirəm ki, Kremlin Abdulatipovdan narazı olması təbiidir. Vasilev də Dağıstanın yeni rəhbəri kimi fəaliyyətə təzə başlayıb. Amma siyasətinin bəzi konturlarını elan edib. Mən hesab edirəm ki, Vasilevin elan etdiyi siyasətinin konturları kifayət qədər obyektiv və cəlbedici xarakter daşıyır və təbii ki, bu siyasət Kremllə də razılaşdırılıb.

Abulatipovun gedişindən sonra Dağıstanda dini radikalizmin mərkəzdənqaçmaya və separizmə yuvarlanmasına yol aça bilməsi məsələsi aparılan siyasətdən asılı olacaq. Dağıstan əhalisinin sosial problemləri öz həllini taparsa, bu siyasət uğur qazanacaq. Yox əgər Vasilyevin yeni komandası da milli mentalitetləri nəzərə almadan sosial ədalət prinsiplərindən kənar fəaliyyət göstərəcəksə, o zaman təbii ki, narazılıq artacaq və Kremlə olan inam azalacaq. 

Qabil Hüseynli: “Dağıstan kimi çox millətli və radikal dini cərəyanları olduğu bir vilayətə terrora qarşı mübarizədə təcrübəsi olan bir generalın rəhbər təyin olunması çox doğrudur”.


Digər tərəfdən radikalizmin Dağıstanda inkişaf etməsi üçün fikrimcə münbit şərait yoxdur. Çünki İŞİD demək olar ki, dağıdılıb və İŞİD-dən olan qafqazlı səhra komandirlərinin çoxu öldürülüb. Hesab edirəm ki, İŞİD-in dağılması prossinin də Kremlin yeni təyinatında rolu var. Vasilyev Rusiya Daxili İşlər generalıdır və terorizmə qarşı mübarizədə çox böyük təcrübəyə sahibdir. Hazırda dağılmaqda olan İŞİD-in heç də az olmayan bir hissəsi Şimali Qafqazdan, yəni Qafqaz respublikalarından çıxıb. İndi onlar geri dönə bilərlər və indiki halda Dağıstan kimi çox millətli və radikal dini cərəyanları olduğu bir vilayətdə terrora qarşı mübarizədə təcrübəsi olan bir generalın rəhbər təyin olunması çox doğrudur. 

Ramazan Abulatipov isə alim, professor idi, amma ciddi idarəcilik təcrübəsi olmayan bir adam idi. Onun indiki şərtlər altında Dağıstanı idarə etməsi səhvlərə yol aça bilərdi. İndi Dağıstana möhkəm yumruq lazımdır. Elə bir yumruq ki, yerli əhali ilə elə də ciddi qohumluq bağları olmasın. Yəni, həmin yumruq İŞİD-dan geri qayıdan insanların hamısın zərərsizləşdirə bilsin. Mən hesab edirəm ki, general Vasilyev bu sahədə daha əzimkar, daha qətiyyətli ola bilər və Şimali Qafqazda xaosun baş alıb getməsinin qarşısın ala bilər”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar