Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in Avropada fəallaşmasının pərdəarxası


Terrorun dünyanın ən qüdrətli ölkələrinin, NATO-nun baş qərargahının olduğu şəhərə qədər gedib çatmasının səbəbləri


Belçikanın paytaxtı Brüsseldə terror törətməyə hazırlaşan şəxs məhv edilib. Hadisə iyunun 20-də baş verib. BBC-nin məlumatına görə, terrorçu kiçik partlayış törədib, ancaq daha sonra təhlükəsizlik xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hadisə Brüsselin mərkəzi stansiyasında baş verib. Terrorçunun üzərində partlayıcı kəmər olub. Yerli media isə terrorçunun öldürülməmişdən əvvəl “Allahu əkbər” dediyini yazıb. Yerli hökumət hadisənin terror hücumu olduğunu, ancaq hazırda vəziyyətə nəzarət edildiyini bildirib. 
Qeyd edək ki, Avropanın “siyasi paytaxtı” hesab olunan Brüsseldə 2016-cı ilin martında Zavantem Hava Limanı və metro stansiyasında baş verən terror aktları nəticəsində 32 nəfər ölüb, 300-dən çox insan yaralanmışdı. Bu terrordan sonra Brüsseldə ictimai və dövlət binalarını hərbçilər qoruyur. Daha öncəki terror hücumunu İŞİD üzərinə götürmüşdü.

Son aylarda İngiltərədə ard-arda baş verən terror aktlarının ardınca ötən gün Parisdə terror təhlükəsi, Belçikada baş verən son hadisə “qoca qitə”də ciddi təşviş yaradır. Avropa Birliyinin, NATO-nun əsas mərkəzlərinin yerləşdiyi və ciddi qorunan Brüssel şəhərinin terrorçuların hədəfinə çevrilməsi Avropanın təhlükəsizliyi ilə bağlı ciddi suallara səbəb olmuşdu. Ancaq məlum olur ki, bir ildən sonra da Brüssel hədəfə çevrilə bilir.

"Europol"un bir neçə gün əvvəl yayılmış hesabatında son 3 ildə Avropada radikal terrorçu qruplara üzvlükdə şübhəli bilinərək həbs olunanların sayının artdığı qeyd olunurdu. Belə ki, hesabatda 2016-cı ildə terrorçuluqda şübhəli bilinən 718, 2015-ci ildə 687, 2014-cü ildə isə 395 nəfərin saxlanıldığı qeyd olunur.

Hesabatda qeyd olunur ki, 2016-cı ildə cihadçılar, millətçilər və digər qruplar tərəfindən ümumilikdə 142 “cəhd edilmiş, qarşısı alınmış və baş tutmuş” hücum baş verib. 62 səhifəlik hesabata əsasən, hücumlarda 142 nəfər həlak olub, 379 nəfər xəsarət alıb. "Europol" qeyd edir ki, ziyan və tələfatın çoxu cihadçı hücumların nəticəsində yaranıb. Hesabatda bildirilir ki, cihadçı hücumların təşkilində qadınlar böyük rol oynayır.
Terrorçuların Yaxın Şərqdən kənara çıxaraq, xüsusən də Avropa kimi sakit və uzaqda yerləşən, yaxşı qorunan ölkələrə gedib çıxmasının bir səbəbi qisas amili ilə bağlıdır. Terror qrupları onlara qarşı savaşan ölkələrə zərbə vurmaq, “imperialist gücləri” simvollaşdıran rifah içində olan Qərb ölkələrində terror, qorxu və qətllər törətməklə qisas almış olur. İlk baxışdan qəribə də görünsə, xüsusən də müsəlman ölkələrində radikal dinçi qruplar Qərbi əsas düşmən və “bəlaların səbəbkarı” olaraq göstərdiyi üçün nifrət formalaşıb.

İkinci amil terrorçuların daha çox məşhurlaşmaq, dünyanın diqqətini cəlb etmək üçün Avropanı seçmələridir. Çünki Yaxın Şərqdə edilən terror sıradan bir xəbər olduğu halda, Avropada terror ciddi rezonans doğurur, dünyanın diqqətini cəlb edir. Bu, eyni zamanda terrorçuların daha çox tərəfdar toplamaq, yeni üzvlər və maliyyə qaynaqları əldə etmələri üçün faydalıdır.

Terrorun Avropanı hədəfə almasının daha bir səbəbi terrorçuların özlərinin Avropadan olmasıdır. Məsələn, son olaraq Rusiya prezidenti bəyan edib ki, İŞİD sıralarında 30 min nəfər əcnəbi var. Eyni zamanda Avropa kəşfiyyat qurumlarının iki il əvvəlki araşdımalarına əsasən “qoca qitə”dən 15 min nəfərə qədər insan Yaxın Şərqdəki radikal qruplara, o cümlədən İŞİD-ə qoşulmuş insan var. Bu şəxslərin demək olar ki, hamısının şəxsi işləri, fotoları və barələrində digər zəruri bilgilər Avropa və region ölkələrinin müvafiq strukturlarına göndərilib.

Ancaq bütün bunlara baxmayaraq, terrorun hələ də Avropada güclü olması qeyd olunan səbəblərlə yanaşı, təhlükəsizlik sistemində boşluqların olması, terrorçu qrupların və ya onların içərisindəki qrupların bu və ya digər ölkələrin xüsusi xidmətləri ilə bağlı olması, bu qruplardan bəzi dövlətlərin əməkdaşlıq etməsidir. Məhz bu cür əməkdaşlıqlar sayəsində terror qrupları bir sıra dövlətlərin xüsusi xidmətlərindən dəstək ala bilirlər.

Bu isə onu göstərir ki, terrorun hələ də dövlət qurumları ilə birbaşa olmasa da, dolayısı ilə əlaqəsi var. Bunun qarşısını almaq üçün dövlət orqanlarının bu istiqamətdə qanunvericlik və siyasətə yenidən baxmaları lazım gələcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar