Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-dən xilas edilən uşağın qohumundan şok açıqlamalar


Bir müddət əvvəl İŞİD terrorçularından xilas edilən azərbaycanlı azyaşlı Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb


3 yaşlı Abdullanın atası Süleyman AbdullayevBakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb. İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb.

İŞİD sıralarına qoşulan Süleyman, həyat yoldaşı İlahə Abdullayeva və övladları partlayış zamanı həlak olublar. Xoşbəxtlikdən Abdulla sağ qalıb.

Saytın əldə etdiyi digər məlumata görə, Abdullanın anası ölən zamanı hamilə olub. Onun bətnindəki körpəsi ilə yanaşı 4 uşağı məlum hadisə zamanı ölüb. Abdullanın böyük bacısı Əsmanın 12 yaşı olub.

İlahə Abdulayevanın dayısı Elçin Zeynalov əməkdaşımızla söhbətində qeyd etdiyimiz məlumatları təsdiqləyib.

"Abdullanın tapılması barədə xəbəri televizordan eşitdik. Onların İraqa getdiklərini bilmirdik. Elə bilirdik ki, onlar Türkiyədə yaşayırlar. İlahə Türkiyədə olanda onunla tez-tez əlaqə saxlayırdıq. Abdullanın Azərbaycana gətirilməsi ilə bağlı dövlət qurumlarına müraciət etmişik. İlahə və ölən uşaqlarının cənazəsini ölkəyə gətirə bilmədik. Çünki onların meyitləri tapılmadı. Bu yaxınlarda 40 mərasimi olacaq. İlahənin valideynləri bu itki ilə barışa bilmirlər. Anası Səfayənin bu hadisədən sonra səhhəti pisləşib. O, hazırda xəstəxanada müalicə alır. Biz Abdulladan imtina etməmişik. Onun yolunu gözləyirik. Deyirlər ki, Abdulla bir həftəyə Azərbaycana gətiriləcək. Babası Əliqulu Abdullaya sahib çıxmağa hazırdır. Bu, çox ağır dərddir. Heç kimin övladı belə yola getməsin. Nəticəsi ailələr üçün faciə olur" - Abdullanın qohumu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, hazırda Abdullanın ölkəyə gətirilməsi üçün danışıqlar aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar