Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-dən qorxulu Ramazan təlimatı

Ramazan ayında Avropa və Amerikanı qana bulamağa hazırlaşan terrorçuların planının üstü açılıb


Anspress bildirir ki, İŞİD terror təşkilatının rəsmi sözçüsü hesab edilən Əbu Məhəmməd Adnaninin 31 dəqiqəlik səs yazısı ortaya çıxıb.

O, müqəddəs ayda dünyanın iri şəhərlərində törədəcəkləri terror aktları ilə hər kəsi şoka salmağa hazırlaşdıqlarını deyib.

Terrorçu Qərb ölkələrində olan terrorçulara müraciət edib və olduqları yerlərdə təsir qüvvələrini artırmaq təlimatını verib. 2013-cü ildən İŞİD-in sözçüsü olan Adnani terror qruplaşmasının bundan sonrakı hədəflərindən də danışıb: "İmkanlarımız əl vermədiyi üçün aramıza qatılmaya bilərsiniz. Ancaq olduğunuz ölkələrdə daha böyükmiqyaslı aktlar gerçəkləşdirin. Onları qəlbindən vurun".

O indiyə qədər Suriyaİraqda üzərlərinə 20 mindən çox bomba atan qərbliləri öz evlərində cəzalandıracaqlarını deyib.

Onun "İraq çöllərində də yaşaya bilərik" sözləri isə terrorçuların Suriyadan çıxa biləcəklərinə işarə kimi qiymətləndirilir.

Xatırladaq ki, İŞİD terrorçuları son olaraq mart ayında Belçikanı qana bulayıblar. Martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 40-a yaxın insan ölüb, yüzlərlə insan isə yaralanıb.

Ötən ilin noyabrında isə Fransanın paytaxtı Parisdə İŞİD terrorçularının törətdikləri terror aktı dünyanı dəhşətə salıb. Eyni gündə törədilən partlayışlar nəticəsində 130-dan çox insan terrorun qurbanı olub.

Onu da qeyd edək ki, hələ mart ayında İŞİD terrorçu qruplaşmasının xüsusi hazırlıq keçmiş ən azı 400 üzvünü terror aktları törətmək məqsədilə Avropaya göndərməsi barədə xəbərlər yayılıb. Bu xəbəri "Associated Press" İraqAvropa ölkələrindəki kəşfiyyat xidmətlərinin nümayəndələrinə istinadən yaymışdı.

Qərb ölkələrində hücumların həyata keçirilməsi üçün silahlılar İraq, Suriya və mümkündür ki, post-sovet ölkələrində xüsusi düşərgələrdə hazırlanırlar. Onlara təlimat verilib ki, missiyalarını həyata keçirmək üçün uyğun vaxt və məkan seçsinlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar