Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseyn Dəryanın ölümündən 4 il ötür

Reper Hüseyn Dəryanın ölüm ildönümüdür


Axşam.az-ın məlumatına görə, mərhum ifaçının dünyasını dəyişməsindən 4 il ötür. 

Onun ölüm ildönümünü sənət dostları da sosial şəbəkədə xatırlayıblar. Prodüser Sayqa Cahid, rejissor Kənan M.M. onunla bağlı paylaşımlar ediblər.

Qeyd edək ki, H.Dərya 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerası 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb və bunun sayəsində böyük fanat ordusu yaranıb. "Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana gətirib, ondan sonra nominasiyanı MDB-də heç bir reperə verməyiblər. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə layiq görülüb.

Hüseyn Dərya 14 mart 2014-cü il tarixində, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzası keçirib. Onun idarə etdiyi "99 EK 575" dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan H.Dərya 15 mart 2014 -cü il tarixində səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

İlk evliliyindən bir qız, ikinci nikahından isə oğlan övladı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar