Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüquq müdafiəçisi Oktay Gülalıyev prokurorluğa çağırılıb


Hüquq müdafiəçisi Oktay Gülalıyev prokurorluğa çağırılıb


Bu barədə onun özü bildirib.

Hüquq müdafiəçisi iyunun 20-si saat 10.00-a Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev ona çağırışın əsası ilə bağlı ona rəsmi bilgi verilmədiyini bildirib.

«Ancaq güman edirəm ki, çağırış Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının işi ilə bağlıdır. Yəqin ki, bu işlərlə bağlı ifadə etdiyim mövqeyə və yazılarıma görə çağırıblar», - o, əlavə edib.

Hüquq müdafiəçisi prokurorluğa gedəcəyini, sözügedən işlərin qurama olmasını düşündüyündən prokurorluqda etirazını ifadə edəcəyini söyləyib.

Məsələyə, Baş Prokurorluğun mətbuat xidmətindən isə aydınlıq gətirmək mümkün olmayıb.

Bundan öncə AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, hazırkı rəhbəri Arif Hacılı, jurnalistlər Şahvələd Çobanoğlu, Sevinc Vaqifqızı da G.Bayramlı və Ə.Muxtarlı işləri üzrə prokurorluqda dindiriliblər.

Mayın 25-də AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbael rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir ("Amerikanın səsi").

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar