Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hücuma məruz qalan jurnalistlər danışdı: “Əllərində dəmirlər, baltalar var idi“


Nardaranda baş verən hadisələri işıqlandıran jurnalistlərə yerli sakinlər tərəfindən hücum edilib


PİA.AZ xəbər verir ki, azvision.az -ın iki əməkdaşı da hadisə yerində çəkiliş apararkən hücuma məruz qalıb.
 
Saytın müxbiri Hafiz Əhmədov hadisəni belə xatırlayır: “Taksi ilə hadisə yerinə yollanmışdıq. Nardarana yaxınlaşan kimi taksi sürücüsü qorxusundan bizi yarıyolda qoyaraq, avtomobilini kəndin girişində saxladı. Məcbur olub piyada getdik. Meydanda cavan uşaqların hamısının əllərində soyuq silahlar, dəmirlər, baltalar var idi. Hər yer qara bayraqlar asılmışdı”.
 
Əməkdaşımız deyir ki, bələdiyyə binasına yaxınlaşanda cavan bir oğlan arxadan onlara yaxınlaşdı və fotoqrafımız Elvin Abdullanın üzərinə hucum çəkdi: “Əlindəki dəmir alətlə əməkdaşımızın baş nahiyəsinə zərbə endirdi, təpik vurdu. Həmin dəqiqə hamı üstümüzə töküldü. Sakinlər bizə etiraz edirdilər. “Jurnalistlər bura gəlməsinlər, bura Nardarandır” - deyirdilər. Bizi təhqir edib, söydülər. Gücnən onların əlindən xilas olduq”.
 
Nardaranda yerli sakinlər tərəfindən döyülən fotoqraf Elvin Abdulla bildirib:“Biz Nardarana daxil olan kimi, bir neçə nəfər qarşımızı kəsib, hücum etdi. Jurnalist olduğumuzu deyəndə, təhqiramiz ifadələr işlətdilər. Dedilər, siz bizim düşmənimizsiniz. Anidən bir neçə nəfər üstünə tökülüb, əllərindəki dəmirlə bədəminə vurdular. Əlimdən fotoaparatı alıb, çırpdılar yerə. Eynəyim gözümdən yerə düşəndə, təpiklə vurub qırdılar. Niyə belə edirsiniz deyəndə, daha da qəzəbli şəkildə təpiklə qarın nahiməyə vurdular. Artıq heç nə görmürdüm. Sonradan orta yaşlı bir oğlan və yaşlı bir kişi bizi onların əlindən aldı”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar