Hollivud aktrisası Riz Uizerspun verilişlərdən birində maraqlı açıqlama verib
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bir müddət əvvəl Şotlandiya ləhcəsi ilə danışdığı üçün mühüm proyektdən uzaqlaşdırıldığını bildirib.
“Nə qədər çalışıram ki, ləhcəm hiss olunmasın, amma alınmır. Ona görə, istədiyim bir proyektdən çıxmaq məcburiyyəti qarşısında qaldım”, - deyə Riz etiraf edib.
Uizerspun proyektin adını deməkdən imtina edib.
pia.az