Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hollandiya uydurma “erməni soyqırımı”nı tanımağa hazırlaşır

Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımağa hazırlaşır


“Hürriyet”in  xəbərinə görə, koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilən bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənir. 

CU millət vəkili Joel Voordevind Hollandiyanın NOS telekanalına açıqlamasında parlament çoxluğunun eyni mövqedə olduğunu açıqlayıb. Parlament hökumətə aprelin 24-də İrəvanda keçiriləcək “soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərməyi də təklif edəcək.

Hələlik hökumət təklifə münasibət bildirməyib. Lakin Hollandiya mediası hökumətin təklifi qəbul edəcəyini xəbər verir.

Xatırladaq ki, Türkiyədə 2017-ci il aprelin 16-da keçirilən Konstitusiya referendumu ərəfəsində Hollandiya ilə münasibətlərdə gərginlik yaranıb. Hollandiya hökuməti türkiyəli nazirlərin ölkəyə gələrək yerli türklər arasında təbliğat aparmasına icazə verməyib. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyadan Hollandiyaya keçərək Türkiyə səfirliyinə tərəf hərəkət edərkən polis tərəfindən qarşısı alınıb və o, ölkədən çıxarılıb. Bundan sonra Türkiyə hökuməti Hollandiya səfirinin ölkəyə daxil olmasına icazə verməyib. Ötən həftə isə Hollandiya hökuməti rəsmi qərarla Türkiyədəki səfirini geri çağırıb.  (APA)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar