Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumətin yeni planı ölkəni korrupsiyadan xilas edə biləcəkmi?


Prezident İlham Əliyev aprelin 27-də “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib


Ölkə başçısının sərəncamına görə, planın məqsədi açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı yeni mexanizmlərin işə salınmasıdır. 

Həmçinin,  vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi də hədəf seçilib.

Sərəncamda qeyd edilən əsas məqam odur ki, icra hakimiyyəti orqanları bu planın icrası ilə bağlı hər il Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya illik hesabat verməlidir. 

Musavat.com-a açıqlamasında yeni fəaliyyət planını dəyərləndirən deputat Vahid Əhmədovun fikrincə, sözügedən proqram korrupsiya və sahibkarlığın inkişafı məsələlərinin gündəmdə saxlanılması baxımından çox önəmlidir: “2012-2015-ci illərdə açıq hökumətin təşviqi ilə əlaqədar belə bir proqram olub. O cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və hökumətə müəyyən tapşırıqlar verilib. Burada əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda bir sıra məsələlər öz həllini tapmadığı üçün proqramın vaxtı uzadılıb. Diqqət etsəniz, orada Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya, Hesablama Palatasına ciddi tapşırıqlar verilib. Burada əsas məsalə korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətindən istifadə olunmasıdır. Sahibkarlığın inkişafı ilə bağlı məsələlər də burada öz əksini tapıb. Sahibkarlığın şəffaf inkişafı, ona maneələrin aradan qaldırılması üçün hökumətin bu məsələlərə yardımçı olması və s. Bu proqramın müsbət cəhəti odur ki, problemlər gündəmdə saxlanılır və müəyyən qədər azaldılır. Azərbaycanda həm sahibkarlıqla, həm də korrupsiya ilə əlaqədar önəmli addımlar atılsa da, problemlər yenə də qalır. O cümlədən islahatlara mane olan məsələlər də var. Bu məsələləri diqqətdə saxlamaq üçün 2016-2018-ci illəri əhatə edən belə planlar işlənib, hazırlanır”. 

Təsdiq olunan proqramların işlək mexanizminin yaradılmasına gəlincə, Vahid Əhmədov bildirdi ki, bunun üçün ciddi işlər görülməlidir: “Çünki sahibkarlığın qarşısında olan əngəllər və korrupsiya o qədər də sadə məsələ deyil. Korrupsiya Azərbaycanda var və bunu gizlətmək lazım deyil. Onunla mübarizə aparmaq da çox çətindir. Yaxın aylarda bu istiqamətdə bir sıra islahatlar həyata keçirildi, bəzi sahələrdə şəffaflıq yarandı. O cümlədən, sahibkarlıqla bağlı da normativ sənədlər qəbul olundu. Lakin ölkədəki monopolistlər sahibkarlığın inkişafına mane olur. Ona görə də, bu proqramların işlək mexanizminin olması çox vacibdir. Korrupsiyaya qarşı mübarizə üçün komissiya yaradılıb. Bu komissiyanın rəhbəri Ramiz Mehdiyevdir. Komissiya mütəmadi yığışır və bu məsələlərə baxır. Hüquq-mühafizə orqanları da müəyyən məsələlərin həllinə cəlb edilir. Ancaq bu, elə prosesdir ki, bir-iki ilə düzələn deyil. Bunun üçün müəyyən zaman lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar