Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumətin antiböhran proqramı varmı?

Təəssüf ki, bu xüsusda sistemli şəkildə yalnız özünə diqqət çəkməyə cəhd edən kiçik partiyalar danışır. Sözsüz ki, böhran başlayan andan hökumət özü də bir sıra addımlar atıb və atmaqdadır.


Amma bunlar bir az da əvvəl, hələ ötən il, böhranın ilk mərhələsi başlayan zaman olmalı idi. Doğrusu, Avropa idman oyunları ölkəni bir az gecikdirdi. O vaxt hökumət də, cəmiyyət də yüngül şok yaşadı, fəqət, ondan adekvat nəticə çıxarmadı. 

Halbuki hələ o vaxtlar bəzi qonşu ölkələr, məsələn, RusiyaQazaxıstan milli valyutanın “üzən məzənnə”sinə keçmişdilər. O vaxt tədbirlər görülməyə başlasaydı bəlkə də manatın kursunu saxlamaq üçün sərf edilən bir xeyli vəsait qənaət ediləcəkdi...

İndi müəyyən işlər görülüb və görülməkdədir. Prezidentin yanında sahibkarlara kömək üçün apelyasiya şurası yaradıb, maliyyə nəzarəti palatası təsis edilib, gömrük sahəsində müəyyən addımlar atılıb, texnologiya avadanlıqları idxal edən sahibkarlar üçün gömrük və vergi rüsumları nəzərdə tutulub, insanların maaşlarının, təqaüdlərinin və sosial müavinətlərin 10 faiz artırılmasına qərar verilib, böyük özəlləşdirmənin anonsu edilib...

Sadalayanda görürsən ki, müəyyən qədər iş görülüb və ya görülməsi planlaşdırırlar. Amma bunlar ölkənin böhrandan tez və böyük itkilər olmadan çıxması üçün yetərlidirmi? BVF kimi qurumlar artıq indidən hökumətin addımlarını təqdir edən bəyanatlar yayır. Fəqət, yekun söz yerli insanındır, o, özünün büdcəsində stabilləşməni hiss edirsə və onun üçün şok dövrü çəkilirsə, bəli, onda demək olar ki, vəziyyət elə də qorxulu deyil. O insan isə hələ şokun ilk zərbəsindən ayılmağa cəhd edir...

İndilər daha çox gözləntilər var. Neftlə bağlı da ümidlər səngimir. Halbuki prezident səviyyəsində də deyilib ki, ölkə artıq post-neft dövründə yaşamağa başlayır. 

Amma OPEK ölkələri, Rusiya və digər neft ixracatçıları neftin qiymətini artırmaq üçün aramsız cəhdlər edirlər. Bəzi məlumatlara görə, səylər əbəs yerə də edilmir, ilkin razılaşma istisna olunmur. 

Ona görə də nə qədər deyilsə də, nə qədər yazılsa da, cəmiyyət neftlə vidalaşmaq əzmində deyil. Hətta bu yaxınlarda bilavasitə aidiyyatı qurumlar səviyyəsində deyildi ki, böyük ehtimalla ilin sonuna qədər neftin barelini 60 dollara qaldırmaq mümkün olcaq. 
Qərəz, neftdən gözləntilər hələ də böyükdür. Amma onlar doğrulmaya da bilər. Ona görə də iqtisadiyyatda post-neft tədbirləri müstəsna əhəmiyyət kəsb edir. Onsuz da nə vaxtsa onları həyata keçirmək lazım gələcək. Elə bu səbəbdən də nə qədər tez olsa, bir o qədər yaxşıdır...

Hələliksə böhranın ağır və üzücü fəsadlarını yaşamaq lazım gəlir. Maraqlısı odur ki, bu gün daha çox xırda və orta ticarətlə məşğul olanlar, xırda və orta sahibkarlar etiraz edir, bir də ki, banklar təlatümlü günlər yaşayır. 

Hərçənd işsizlik və bahalıqla bağlı ümumi etirazlar da az deyil, gah bu, gah da başqa bölgədə etirazlar baş verir.

Kiçik ticarətlə məşğul olanlar dəfələrlə etiraz edib, icarə haqları endirilməyənə qədər satışı bərpa etməyəcəklərini bildiriblər. 

Cavab kimi bir neçə rayonda bazarlarda icarə haqları donduruldu, mərkəzdə isə onların aşağı salınması nəzərdə tutuldu. Hiss olunur ki, güzəşt limiti  tükənməyib, hökumət kiçik və orta biznesə dəstək kimi hələ onların tətbiqini davam etmək niyyətindədir...

Bir məsələ də var ki, onu qeyd etməmək olmur. Hamı kiçik, orta və böyük sahibkarlığa dəstəkdən danışır. Olsun. Fəqət, insanlar var ki, sahibkar deyillər, adi alıcı, istehlakçı, müəllim və ya ziyalıdırlar... Onlara kim dəstək verəcək? Böhranın ilk günlərindən qiymətlər astronomik həddə qalxdı. Birmənalı şəkildə demək olar ki, insanların alıcılıq qabilliyyəti kəskin aşağı düşübdür. Doğrudanmı, hökumət düşünür ki, maaşlara edilən 10 faizlik artım insanların problemini həll edir?..

Bu gün bəlkə də heç vaxt olmadığı kimi ölkədə biznes mədəniyyəti deyilən anlayışa ehtiyac var. Qiymətlərin formalaşması həqiqətən böyük elmdir, çox faktorlu problemdir. Amma onun sirlərinə varan olan ölkələr də az deyil. 

Qiymət məhsulun maya dəyərinin neçə faizini təşkil edə bilər? Dünyada bu sual heç də ritorik sorğu kimi səslənmir, onun çox ciddi əsasları var. 

Hətta qonşu İranda qiymət siyasəti ciddi şəkildə tənzimlənir. Azərbaycanda isə deyirlər ki, onu bazar müəyyən edir. Fəqət, hansı bazar? İnhisarçıların tam nəzarətində olan bazarmı?..

Hüseynbala Səlimov(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar