Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət qeyri-İslam dini qurumlarına pul ayırdı - 400 min manat


Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib


PİA.AZ-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, iclasda bildirilib ki, dövlət başçısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsaitdən müsəlman və qeyri-müsəlman dini qurumlarına ayırmalar həyata keçirilib.

Həmin vəsaitin bölgüsü zamanı Komitədə yenidən dövlət qeydiyyatından keçmiş qeyri-müsəlman təmayüllü dini qurumlar və onların təəssübkeşlərinin sayı nəzərə alınıb. Ümumilikdə qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb. Həmçinin ayrılmış maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrin qəbuluna başlanılıb və layihələrlə bağlı müvafiq ekspert rəyi verilməsi üçün Komitədə qiymətləndirmə komissiyası yaradılıb.

Hesabat dövründə qiymətləndirmə komissiyası bir qrup dini icmanın layihəsinə baxıb və müsbət rəy verdikdən sonra Komitə həmin layihələri maliyyələşdirib. Hazırda bu istiqamətdə işlər davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar