Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət borclanma siyasətini sərtləşdirir

Dövlətin orta və uzunmüddətli borc siyasəti strategiyası hazırlanıb


"APA-Economics" xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
 
Sənəddə vurğulanıb ki, strategiyada borcun tədricən azaldılması növbəti ildən başlayaraq dövlətin birbaşa və dövlət zəmanəti əsasında dövlət müəssisələrinin xarici kredit qurumlarından borc alınmasının sərt çərçivələri müəyyən olunub və yalnız ölkənin prioritet hesab olunan edilən layihələrin maliyyələşdirilməsi üçün kredit vasitələrinin cəlb edilməsi nəzərdə tutulub.
 
Azərbaycanın 2018-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi  (limiti) 700 mln. manat (2017-ci ilə nisbətən 300 mln. manat və ya 30% az), xarici dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat (2017-ci ilə nisbətən 3,5 mlrd. manat və ya 77,8% az), il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 mlrd. manat (217-ci ilə nisbətən 6 mlrd. manat və ya 60% az) məbləğində proqnozlaşdırılıb. Bununla yanaşı, dövlətə məxsus olan hüquqi şəxslərin birbaşa borclanmasının da sərtləşdirilməsi istiqamətində zəruri addımlar atılıb. Belə ki, Azərbaycan prezidentinin 2016-cı il 28 dekabr tarixli fərmanı ilə "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydası" təsdiq edilib. Eyni zamanda, qeyd edilən fərmanın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edən qanun və onların tətbiq edilməsi barədə müvafiq fərman layihələri hazırlanıb.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar