Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət benzini niyə bahalaşdırdı?


Tarif Şurası Aİ 92 markalı benzinin qiymətini artırıb


Qurumun yaydığı rəsmi açıqlamada sözügedən benzinin 1 litrinin qiymətinin 90 qəpik müəyyənləşdirildiyi bildirilib.

Samir Əliyev BakuPost.az-a benzinin qiymətinin bahalaşmasını şərh edib. 

O bildirib ki, qiymət artımı üçün hər hansı əsas yox idi: “Sonuncu dəfə yanacaq bahalaşanda neftin dünya bazarlarında qiyməti indikindən ən azı 2 dəfə çox idi və artımın səbəbi olaraq bahalı neft qiyməti göstərilmişdi. Həmin dövrlərdə əsasən neft idxal edən ölkələrdə yanacağın bahalaşması müşahidə edilirdi. Daha sonra Nazirlər Kabineti SOCAR-a vergi pulu verdi. 2013-cü ilin sonu aksiz vergisini artıraraq yanacağı bahalaşdırdı, üstündən 2 ay keçməmiş vergini endirdi, ancaq qiymət enmədi. Artım SOCARın sərəncamına verildi. Sonrakı illərdə neftin kəskin ucuzlaşması qonşu ölkələrdın fərqli olaraq Azərbaycanda ucuzlaşma ilə müşayiət edilmədi. Cəmiyyətin, ekspertlərin ucuzlaşmaq çağırışları da cavabsız qaldı. İndi göründüyü kimi nəinki ucuzlaşdırmadılar, hətta bahalaşmağa getdilər. SOCARın məhsullarının 70%-i daxili bazarın payına düşür.

Qiymət artımı üçün əsas yoxdur. Yeganə əsas SOCARın vəsaitləri səmərəsiz xərcləməsi və sürətli borclanmaya getməsidir. 98 və 95 markalı yanacağın qiyməti sərbəstləşib. SOCARdan tələb olunan 92 markalı benzin və dizel yanacağının maya dəyərinin şişməsinə imkan verməmək idi. Bunu da edə bilmədi. Qiymət artımından qaçmaq olardı, təəssüf ki, hökumət artıma getdi. Bundan sonra artım növbəsi nəqliyyat sisteminin olacaq. Eyni zamanda digər sahələrdə də bahalaşmanı şərtləndirəcək”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar