Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitlerin zirehli avtomobili hərraca çıxarılıb – Amerikada

Nasist Almaniyasının lideri Adolf Hitler tərəfindən istifadə olunan zirehli avtomobil ABŞ-da “Worldwide Auctioneers” hərrac evində satışa çıxarılıb


"Report" xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi dizayna malik olan və üstü açılan minik avtomobilinin bu həftə hərracda milyonlarla dollara satılacağı gözlənilir.

Yanvarın 17-də Arizona ştatında keçiriləcək hərracdan əldə olunan gəlir xeyriyyə təşkilatının hesabına köçürüləcək.

Qeyd edək ki, 1939-cu ildə istehsal edilən “Mercedes-Benz 770 Grosser Offener” modeli indiyədək satışa çıxarılan ən tarixi əhəmiyyətli avtomobil hesab olunur.

Dövrünün ən son texnoloji nailiyyətlərini özündə əks etdirən dördnəfərlik avtomobildən İtaliya siyasətçisi Benito Mussolininin Münhenə dövlət səfəri zamanı istifadə olunub. Avtomobildən həmçinin nasistlərin fransızlar üzərində qələbəsi münasibətilə 1940-cı ildə Berlində keçirilən parad zamanı istifadə edilib.

7.7 litr mühərrikli və 230 at gücünə malik olan avtomobilin maksimal sürəti saatda 100 kilometrdir. Nəqliyyat vasitəsi qalınlığı 30 mm olan gülləkeçirməyən şüşələrə malikdir.

Avtomobildən sonuncu dəfə nasist Almaniyasının Yuqoslaviya və Yunanıstan üzərində qələbə qazanması münasibətilə 1941-ci ilin mayın 4-də A.Hitlerin iştirakı ilə Berlində keçirilən parad zamanı istifadə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar