Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev Nalbandyana cavab verdi



“BMT tribunasından çıxış edərək, beynəlxalq birliyi terrorizm və digər təhdidlərlə mübarizəyə səsləyən Ermənistanın xarici işlər naziri ilk növbədə bu sahədə öz ölkəsinin “təcrübəsi və nümunəsi”ni göstərməlidir”


Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BMT-nin İnsan Hüquqları Şurasının iclasında çıxışını şərh edərkən bildirib.

H.Hacıyev deyib ki, Ermənistan xarici işlər nazirinin ölkəsinin siyasi və hərbi rəhbərliyinin iştirakı ilə törədilmiş Xocalı soyqırımını və buna görə Ermənistanın daşıdığı məsuliyyəti etiraf etməsi üçün BMT İnsan Hüquqları Şurası ən münasib məkanlardan biridir: 

"Xocalıda Ermənistan tərəfindən BMT İnsan Hüquqları Şurasında baxılmalı olan müharibə cinayətləri, insanlıq əleyhinə cinayət və soyqırım əməlləri törədilib".

H.Hacıyevin sözlərinə görə, Yaxın Şərqdə terror təhlükəsindən danışan Ermənistanın xarici işlər naziri digər terrorçu qruplarla bərabər, elə bu regionda təşəkkül tapan və genişmiqyaslı terror əməlləri həyata keçirən və Ermənistan müstəqillik qazandıqdan sonra isə Ermənistan xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA və digər erməni terror təşkilatlarının da rolunu vurğulamalı idi: 
"Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanda 30-dan artıq terror aktı törədilib. Monte Melkonyan başda olmaqla, erməni terrorçuları Ermənistanda milli qəhrəman səviyyəsinə ucaldılıb və onların “qəhrəmanlığı” orta məktəb dərsliyinə də daxil edilib".

XİN rəsmisi əlavə edib ki, iclasda çıxış edərək “etnik təmizləmənin ardınca həyata keçirilən mədəniyyət abidələrinin dağıdılması insan yaddaşının silinməsi və minillərlə yaşı olan sivilizasiyanın məhv edilməsi cəhdləridir” deyən Ermənistanın xarici işlər naziri yəqin ki, işğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşilikləri nəzərdə tutur: "Çünki Ermənistan xarici işlər nazirinin dedikləri ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistan ərazisində Azərbaycan xalqına aid olan maddi-mədəniyyət abidələrinə və dini irsə qarşı həyata keçirilmiş soyqırım tamamilə üst-üstə düşür".

H.Hacıyev bildirib ki, beynəlxalq humanitar hüququn məskəni olan Cenevrədə BMT İnsan Hüquqları Şurasında çıxış edən Ermənistanın xarici işlər naziri ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq, münaqişə nəticəsində əsir və itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinə maneçilik yaratmasına da aydınlıq gətirməli idi: "Ermənistanın da həmmüəllif olduğu BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” adlı 18 dekabr 2014-cü il tarixli qətnaməsi münaqişə tərəfləri olan dövlətləri itkin düşmüş şəxslər barədə məlumatı bölüşməyə, qurbanlara yardım etməyə, onların yerinin və ya qalıqlarının müəyyən edilməsində köməklik göstərməyə çağırır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlı itkin düşmüş hesab olunur və onların taleyinə görə Ermənistan məsuliyyət daşıyır. Cenevrə konvensiyaları əsnasında da bu barədə məlumatın verilməsini təmin etmək üçün Ermənistanın beynəlxalq hüquqi öhdəliyi var".

O, qeyd edib ki, müasir məhkəmə-tibb elmləri və xüsusilə, DNT analizinin tətbiqi kütləvi şəkildə öldürülən və Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırılan şəxslərin kimliyinin müəyyən olunmasında və nəticə etibarilə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə xidmət etmiş olardı.(Modern.az) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar