Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin qayınatası obrazını canlandıracaq


Türkiyənin "Kaybolan Yıllar", "Araf Zamanı", "Serçe" və "Aynalı Tahir" kimi reytinqli seriallarında rollar alan uğurlu və sevilən aktyor Saruhan Hünel Azərbaycandadır


PİA.AZ "Kaybolan Yıllar" serialından tanıdığımız məşhur aktyor Saruhan Hünelin Aktual.az-a verdiyi müsahibəni təqdim edir:

 - Saruhan bəy, doğrudur, Azərbaycanda geniş kütlə Sizi “Oğurlanmış arzular” serialı ilə tanıdı. Lakin daha öncədən Sizi ölkəmizdə “Kayb olan yıllar” dizisi ilə tanımışdıq. Bildiyim qədər, bu serial sizi Mərkəzi Asiyada məşhurlaşdırıb. “Kayb olan yıllar”ın həyatınıza başqa hansı müsbət təsirləri oldu?

- Dediklərinizin fərqindəyəm. “Kaybolan yıllar”, doğrudan da, mənim üçün çox özəl bir film layihəsi idi. Aktyor olaraq, ölkəmdə tanınır və sevilirdim. Dolayısı ilə, filmin,  həyatımda o baxımdan böyük bir təsir qüvvəsi olmadı. Lakin, Sizin də qeyd etdiyiniz kimi, sevilən serial olduğu üçün bütün Ərəbistan yarımadasında, Balkanlarda və Türkiyə Cümhuriyyətində geniş ajiortaj yaratdı. Bu layihə mənim meqa-məşhurluğuma vəsilə oldu. Təbii ki, yaradıcı adam üçün bundan gözəl nə ola bilər axı? Geniş heyranlar  ordusu ilə tanış olmaq şansı qazandım.

- Demək ki, sadaladığınız ölkələrdə, kifayət qədər sevilirsiniz və tanınırsınız. Bu, Sizin ölkə xaricində kino layihəsi üçün iştirakınıza zəmin yaradır. Artıq zamanı gəlmədimi?

- Zamanı gəldi. Və biz o qərara məmnunluqla “hə” dedik. Qismətdən artığını yaşamaq insan övladının əlində deyil. Mərkəzi Asiyada bir filmə start verməyə hazırlaşırdıq. Müharibədən mən də nəsibimi aldım. Savaş başladığı üçün layihəmiz yarımçıq qaldı. Məni sevənlər, hazırda Türkiyədə də maraqla qarşılanan“Araf zamanı” adlı serialı izləməklə kifayətlənirlər. Sözügedən dizi Dubayın “MBC4” kanalında yayımlanır.

- Türkiyədə “maço erkek” xarakterləri sırasındasınız. Tərzinizdən kənar bir rola təklif aldınızmı? Və ya elə bir təklif alsaydınız, necə reaksiya verərdiniz?

- Düşünürəm ki, sevənlərim məni həmişə güclü və Sizin qeyd etdiyiniz kimi, “maço” xarakterimlə sevdilər. Yox, başqa tip obrazlara, qətiyyən, təklif almadım. Bilmirəm, oynayarammı? Elə bir təklif gəlsə, yəqin ki, dəyərləndirməyə çalışaram.

 - Azərbaycandakı film layihənizlə bağlı bizə məlumat verin. Bu dəfə, kim olaraq, yerli telekanalımızda görünəcəksiniz?

- Rejissor və “Space” kanalının prezidenti Vaqif Musatafayevin dəvəti ilə gəlmişəm. Azərbaycanın ulu öndəri Heydər Əliyevlə bağlı filmə çəkilirəm. Bu filmdə sayın Heydər Əliyevin qayınatası Əziz Əliyevin obrazını canlandırıram. Geniş informasiya verə bilməyəcəyəm. Amma, düşünürəm ki, maraqlı bir iş olacaq.

 - Çox danışmağı, göz önündə olmağı sevmirsiniz. Halbuki geniş auditoriya üçün çalışırsınız. Hətta, tətil üçün də xarici ölkələri seçirsiniz…

 - Mediatik olmağı və şəxsi həyatımı göz önündə yaşamağı sevmirəm. Daha gizli və özəl yaşamağı sevirəm. Xarici ölkələrdə özümü daha rahat və azad hiss edirəm. Ölkəmdə olduğum zaman da maqazinçilərin olmadığı, əllərində fotoaparat tutan müxbirlərin sıraya düzülmədiyi məkanlara getməyə üstünlük verirəm. Bu, xarakter məsələsidir.

- Son zamanlar bütün dünya ulduzları sosial mediadan çağırış edir, heyranları ilə görüşür. Sizin xarakteriniz sosial şəbəkəyə meyil etməyinizə mane olurmu? Vurtual aləmlə aranız necədir?

- “ Twitter” və “İnstagram” sevənlərimlə rabitədə olmağımıza xidmət edir. Lakin burada da geniş aktivlik nümayiş etdirmirəm. Etiraf edə bilərəm. Vaxtım olanda cavab yazıram. Azərbaycanlı sevənlərimə isə sosial şəbəkələrdən yox, elə Aktual.az vasitəsi ilə sevgilərimi çatdırıram.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar