Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin nəfis portretini yaratdı, döyüldü - Gəncə Dövlət Universitetində


GDU-da biabırçılıq - Xanım əməkdaş kafedra müdiri tərəfindən amasızcasına döyülüb


İnsidentə səbəb isə Sərəncam  xanımın Gül bayramında Heydər Əliyevin nəfis portretini yaratması olub.   

Gəncə  Dövlət  Universitetinin  Fizika  və  texniki  fənlər fakültəsi əlbəyəxa döyüş  meydanına çevrilib. Bu barədə AzMedia.infoya daxil olan məlumatda bildirilir.

Gəncə  Dövlət  Universitetinin  Fizika  və Texniki  Fənnlər  fakültəsində  ağılagəlməz  növbəti biabırçılıq  baş  verib. Belə  ki, fakültənin  Ümumi  texniki  fənnlər  kafedrasının  müdiri, dosent Mahir  Nağıyev  həmin  kafedranın  əməkdaşı  Sərəncam  xanımı  fakültənin  əməkdaşlarının gözləri  qarşısında  qəddarcasına  döyüb. Nəticədə   Sərəncam  xanımın   barmağı sınıb, bədənində   çoxlu  sayda  qançırlar  əmələ  gəlib. Bu  barədə  Sərəncam  xanım   məhkəmə tibb  ekspertizasından  arayiş  alıb.

Daxil olan məlumata əsasən insident 8  may 2015-ci  ildə  Gəncə  şəhərində  keçirilən  Gül  bayramında  baş verib. Belə ki, Sərəncam   xanımın yaratdığı  nəfis  əl  işi , şəhərin  icra  hakimiyyətinin   başçısı  Elmar  Vəliyev tərəfindən  təriflənib  və  yüksək  qiymətləndirilib. Sənət   işi  isə,  Ümummilli  lider   Heydər Əliyevin  muncuqlar , billur  şüşə  hissəcikləri  ilə  hazırlanan  və  güllərlə   bəzədilən   nəfis portreti   olub. Sərəncam   xanımın   yüksək  tərifə   layiq   görülməsi  kafedra  müdiri  Mahir Nağıyevin  və kafedranın  bəzi  qadın  işçilərinin  ürəyincə  olmayıb. Heç  bir  qabiliyyəti  və   savadı  olmayan, kafedranı  idarə  edə  bilməyən   Mahir  Nağıyevin   nəhayət   əsəbləri dözməyib. O, kafedranın  qadın  əməkdaşları  ilə  birləşib, xırda  bəhanə  ilə  Sərəncam   xanıma  söz  ataraq  lağ  ediblər ki, bəs  sənin  əməyinə  niyə  medal  vermədilər?

Mənbə bildirir ki, Sərəncan   xanımı   əvvəlcə  kafedra  müdirinin  kabinetində  döyüblər. Dəhlizə   qaçan   Sərəncam   xanımı  Mahir  müəllim   dəhlizdə  də  döyməyə  davam  edib. həmin  vaxt  əlbəyaxa  döyüş  meydanının  bir  metrliyində  olan   fakültə  dekanı, onun  müavinləri  və   kafedra müdirləri   onları  aralamaq  əvəzinə  dava  dalaşa şahid  olmamaq   üçün  qaçaraq  kabınetlərində  gizləniblər. 

Bildirilir ki, kafedra müdiri Mahir  Nağıyevin   Sərəncam   xanıma  qarşı belə  fiziki  təcavüzü   birinci   dəfə deyil. O əvvəllərdə bu xanıma qarşı aqrrnesiasını gizlətməyib. 

Azərbaycanlılarda   kişinin   qadına  əl  qaldırması  alçaq  hərəkət  sayılır. Mahir  müəllimin  bu hərəkəti  milli  mentalitetimizə  ləkə  gətirən , kişiliyə  yaraşmayan  hərəkətdir. Ən  biabırçılıq isə  ondan  ibarətdir  ki, həmin  vaxt  əlbəyaxa  döyüş  meydanının  bir  metrliyində  olan   fakültə  dekanı, onun  müavinləri  və   kafedra müdirləri   onları  aralamaq  əvəzinə  dava  dalaşa şahid  olmamaq   üçün  qaçaraq  kabınetlərində  gizləniblər. 

Məlumatda göstərilir ki, bu  biabırçılıq  universitetin  "Etika" komissiyasında  müzakirə  edilib. Bu  iclasda  Mahir  Nağıyev  çıxış  edərək  deyib ki, Sərəncam xanımın   barmağı   qırılmayıb, o, yalandan  arayış  alıb. Qeyd edək ki, daxil olan məlumata əsasən GDU-nun "Etika" komissiyası Mahir Nağıyevin bu biabırçı hərəkətinə qiymət verməkdən çəkinib və o, cəzasız qalıb. GDU rəhbərliyi isə bu biabırçı insidentə göz yummaqla faktiki olaraq universiteti rəzalət yuvasına çeviriblər.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar