Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib


"Müasir Azərbaycan Gənclər" İctimai Birliyi Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirib


 Bakı və Sumqayıtın müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələri, eləcə də özəl şirkətlər və dövlət qurumlarında işləyən gəncləri ətrafında cəmləyən ictimai birlik ümumilli liderin anım günü ilə əlaqədar ilk öncə I Fəxri Xiyabana yollanaraq ümummilli lider Heydər Əliyevin və görkəmli oftamoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, məzarları önünə güllər düzüb. 

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər vətən üçün canından keçən oğul və qızlarımızı yad edib, onların keçdiyi döyüş yollarını bir daha xatırlayıb. Anım günü Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında xeyriyyə məqsədli qanvermə aksiyası ilə davam etdirilib. Ümumilikdə qanvermə aksiyasında "Müasir Azərbaycan Gənclər" İctimai Birliyinin 50-yə yaxın üzvü iştirak edib. İctimai birliyin sədri Orxan Fəxrəddinovun sözlərinə görə, bu tədbir yeni yaranan ictimai birliyin ilk işi olsa da qarşıda gəncləri daha böyük layihələr, tədbirlər gözləyir. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə dəstəyinin danılmaz olduğunu qeyd edən Orxan Fəxrəddinov gənclər siyasətinin cənab prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini, gənclərin də bu dəstəyi hiss edib məsuliyyətlərini dərk etdiyini və bu məqsədlə “Müasir Azərbaycan Gənclər” İctimai Birliyinin ətrafında birləşdiklərini qeyd edib. 

Onun sözlərinə görə, ictimai birliyin əsas məqsədi Azərbaycançılıq ideologiyasının təbliği, sərhədlərimizin hüdudları çərçivəsində, eləcə də ölkəmizin hüdudları xaricində gənclərimizin intellektual və fərdi inkişafını təmin etmək, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər ilə ölkəmizdə yaşayan gənclərin şəbəkələşməsini, daha sıx əməkdaşlığını təmin etmək, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin düzgün istiqamətlənməsini təmin etməkdir. 

MAG İB ilə gənclər yerli və beynəlxalq layihələrdə iştirak edəcək, son dövrlərdə ölkəmizdə müşahidə olunan ictimai proseslərdə iştirak edə biləcək, dövlətin gənclər siyasətindən irəli gələn real imkanları dəyərləndirəcək, asudə vaxtlarını səmərəli keçirəcək, əylənərək öyrəndiklərini həmyaşıdları ilə paylaşmaq imkanı qazanacaqlar. Elə bu günkü tədbir ilə də talassemiya, leykemiya, QİÇS və s. qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara donor olaraq dəstək olublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar