Saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Kənar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bakının Heydər Əliyev prospekti Koroğlu metrosu istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, buna səbəb “Azəryolservis” ASC-nin həmin yolda təmir işləri aparmasıdır.
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Kənar yolda (Koroğlu metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Əsas yoldan istifadə etmələri tövsiyə olunur.