Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi - Tərtərdə


Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi artıq bir ənənə halını alıb


PİA.AZ-a daxil olan məlumata görə yanvarın 24-də rayonun Qaradağlı kənd sakini Əhmədov Elməddin Nurəddin oğlu ilə, Umudlu kənd sakini Nağızadə Zülfiyyə Məhəmməd qızının mərkəzdə nikah mərasimi keçirilmişdir.

Yeni ailə quran gənclər öz doğmaları ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, mərkəzdəki büstünün önünə gül-çiçək dəstələri qoymuşlar.

 Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişlər.

Sonra Mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər bəylə gəlini həyatlarında baş verən bu əlamətdar və unudulmaz hadisə münasibətilə təbrik edib, onlara ailə səadəti arzulayıblar.

 Bildirilib ki, Ulu Öndər həmişə ailəni dövlətin vacib elementi hesab edib və ona görə də bu sahəyə qayğı ilə yanaşıb. Ümummilli Liderin siyasi kursunu layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənc ailələrə daim böyük önəm verir və ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir.

 Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasimini Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıb və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar