Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Fondu bir daha uşaqları sevindirdi - Fotolar


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir


Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, əsas fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri digər qurumlar üçün örnək sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. 

 Azərbaycanın Respublikasının Birinci vitse - prezidenti  Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva vaxtaşırı olaraq uşaq evləri və internat məktəblərində olur, xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkir, onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir.

 01 iyun 2017-ci il tarixində Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təməli qoyulan  Qaradağ rayonundakı  “Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzi”ndə Bakı şəhərinin  Xətai rayonundakı 3 nömrəli Uşaq Evinin 100 nəfərə yaxın uşağının  iştirakı ilə  bayram tədbiri keçirilmişdir.

Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin direktoru Surxay  Şükürov     çıxış edərək, Heydər Əliyev Fondunun rəhbərliyi adından tədbirdə  iştirak edən bütün uşaqları “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.

 Sonra baytar həkimlər şənlik iştirakçılarına mərkəzdə olan sahibsiz heyvanlar, onlara qulluq və müayinə olunmasını əyani şəkildə göstərərək, heyvanlara qayğı göstərilməsinin, eləcə də uşaq evləri və tədris müəssisələrində bu sahədə maarifləndirmə işlərinin  bir qayda olaraq aparılmasının vacib olduğunu bildirdilər.  

Tədbirdə bər-bəzəkli mərkəzdə rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini  göstərən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə sevimli klounların  bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. 

Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər, məharətlərini göstərdilər. Heydər  Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu şənlik uşaqları çox sevindirdi. 

Şənliyin sonunda uşaqlar üçün ziyafət təşkil edildi və hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. 

Bakı şəhərinin  Xətai rayonundakı 3 nömrəli Uşaq Evinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər. 
 
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar