Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həyat yoldaşına 39 ildir eyni şokolad qutusunu hədiyyə edir

Amerikalı yaşlı kişi artıq 39 ildir ki, sevdiyi qadına eyni konfet qutusunu hədiyyə edir


 Amma bunun qənaətcilliklə heç bir əlaqəsi yoxdur. Ailə ənənəsinin tarixini o, “News 8 WTNH” telekanalına açıqlayıb.

Nyu Mexiko ştatında yerləşən Albukerke şəhərindəki Ron və Donna Kramer 1979-cu ildə tanış olublar. Kişi sığorta agentliyində çalışırdı və qadının qapısını döyərək ona öz şirkətlərinin xidmətini təklif etmişdi. Tezliklə onlar görüşməyə başlayıblar və ilk Sevgililər Günündə Ron öz sevdiyinə tünd şokolad qutusu hədiyyə edib. Mağazada kişiyə deyiblər ki, əgər o, qutunun özünü gələn ilə qədər saxlasa, onu yenidən şokoladla doldurub verə bilərlər və beləliklə, növbəti il onun yenidən konfet qutusu qablaşdırmasına pulu getməyəcək. Və beləcə, növbəti 38 ildə o, bunu davamlı olaraq təkrarlayıb.

2014-cü ildə isə Donnanı Qocalar Evinə göndərdilər, çünki o, müstəqil şəkildə heç nə edə bilmirdi. “Bizi ayırdıqları gün mənim həyatımın ən kədərli günü idi” - bunu da Kramer deyib.

Kişi isə dərk edir ki, əqli pozğunluğu olan həyat yoldaşı hər an onu da unuda bilər. Ona görə də bacardıqca onunla daha çox vaxt keçirməyə və ailə ənənələrinə riayət etməyə çalışır. Donna isə ərinin səylərini olduqca yüksək qiymətləndirir və onu ilk günkü qədər şiddətlə sevir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar