Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həyat yoldaşı erməniymiş... - Azərbaycanlı ekspertlə bağlı sensasion faktlar


Son vaxtlar sosial şəbəkələrdə, o cümlədən "Turan TV"-nin efirində özünü ABŞ-da yaşayan jurnalist və siyasi mühacir kimi təqdim etməklə Azərbaycan və Rusiya hakimiyyətlərinin ünvanına sərt ittihamlar səsləndirən Beydulla Manafovla bağlı sensasion faktlar üzə çıxıb


Hazırda Avropada yaşayan jurnalist həmkarlarımızdan biri Strateq.az-a deyib ki, Beydulla Manafov ABŞAvropadakı mühacirlərə Əliyevlər hakimiyyətinin təqiblərindən yaxa qurtarmaq üçün ölkəni tərk etdiyini və ona görə də hakimiyyətə qarşı sərt mübarizə yolu tutduğunu söyləsə də, onun Azərbaycandan gediş səbəbləri əslində tamam başqa motivlər əsasında olub və hazırki siyasi fəaliyyətinin kökündə də, heç də özünün indi iddia etdiyi kimi, "ölkəni demokratikləşdirmək istəyi” durmur.

Həmkarımızın bildirdiyinə görə, o, Beydulla Manafovun tez-tez "Turan TV”-nin efirindən əsasən əhalinin rusdilli təbəqəsinə ünvanlanmış hakimiyyət əleyhinə çıxışlarını izlədikdən sonra onunla bağlı araşdırma aparmaq qərarına gəlib və heyrətamiz faktlarla üzləşib: "Əvvəlcə mənə dedilər ki, Əliyevlər hakimiyyətinin təqibindən yaxa qurtarmaq üçün ABŞ-a sığınıb. Ancaq sonra onu yaxından tanıyan şəxslərdən eşitdim ki, Beydulla Manafov əslində həyat yoldaşının erməni olması və bunu da əksəriyyətin bilməsi səbəbindən Azərbaycanda yaşamaq istəməyib və ailəsini də götürüb ABŞ-a köçüb. Onun özündən bir yaş böyük olan həyat yoldaşı Raisa Qaykovna adlı xanımdır, 1946-cı ildə anadan olub və uzun müddət Nəsimi rayonunda yaşayıblar, hazırda Texas ştatında, Dallasda qalırlar. İki övladları var və hamısı da ABŞ vətəndaşlığı alıblar. Qızları Məlahət Manafova da Losornio Antoni Ray adlı amerikalıya ərə gedib. Tez-tez bura – Londona gəlib-gedirlər. Onların hamısının ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq almalarında "erməni amili” mühüm rol oynayıb və bu işdə ABŞ-dakı erməni lobbisinin köməyindən yararlanıblar. Ancaq bunu gizlədirlər…”.

Həmkarımızın bildirdiyinə görə, Beydulla Manafov özünü hər yerdə jurnalist kimi təqdim etsə də, o, əslində Nəsimi rayon Partiya Komitəsinin təlimatçsı işləyib:"Beydulla Manafov ixtisasca jurnalistdir, ancaq o, keçmiş kommunistdir, uzun müddət Nəsimi rayon Partiya Komitəsinin təlimatçısı işləyib və Sovet hökumətini təbliğ edib. İndi olub "böyük demokrat"”.

Qeyd edək ki, jurnalist həmkarımız bizimlə söhbətində Beydulla Manafovun həyat yoldaşının erməni olması faktının və onun erməni lobbisiylə əlaqlərinin Qənimət Zahidə bəlli olub-olmadığını bilmədiyini də söyləyib: "Mən Qənimətin nə özüylə, nə də dəstəsiylə əlaqə saxlamıram. Məncə, bu faktı bilmir. Çünki Beydulla Manafov böyük bir oyundadır və bu oyunu quranların başı da gedib birbaşa erməni lobbisinə, qərbdəki xüsusi xidmətlərə bağlanır. Qənimət, yəqin ki, adının ermənilərin Azərbaycana qarşı planlarında yer almış adam kimi çəkilməsini istəməz. Məncə, o, Beydullanın gerçək kimliyindən məlumatsızdır. Qənimətə Azərbaycan hakimiyyətinin əleyhinə danışan adam lazımdır, o da buna görə meydan verir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar