Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həyasız dilənçilər... Xeyirxah dələduzlar


Tanımasınlar deyə kəlağayısını gözlərinin üstünə qədər çəkmiş qadın aramsız zarıyırdı


- Çörəkpulu verin, çörəkpulu verin, nə olar, çörəkpulu verin...
 
Qadın 35-40 yaşlarında olardı, hiss olunurdu ki, bədəncə gümrahdır. Yəni asan-çətin hər işin öhdəsindən gələ bilər.
 
Türkiyəli dostumun səsi məni düşüncədən ayırdı:
 
- O nədən ağlıyo?
 
- Əkmək parası istiyo.
 
- Ya! - türkiyəli dostum təəssüfləndi - Əkmək parası verəlim o zaman!
 
Və bir manatı zarıyan qadına uzatdı. Qadın başını qaldırmadan pulu alıb cibinə qoydu.
 
Biz də yaxınlıqdakı mağazalara yollandıq. Qayıdanbaş yenə həmin yerdən keçməli olduq. Zarıyan qadının səsi qələbəliyin içində də aydın seçilirdi.
 
- Çörəkpulu verin... Nə olar, çörəkpulu verin...
 
Türkiyəli dostum təəccüblə:
 
- Şu kadın dimi, demin əkmək parası isteyen? Şimdi nə istiyo?
 
- Əkmək parası, - mən sakitcə dedim.
 
- Əkmək parasımı? Əkmək parası vermədikmi? Nə tuhaf kadın? Aglıyo bir de!
 
Bu zarıyan qadın xeyli müddət dostumun fikirlərini məşğul etdi. Elə heyrətlənmişdi ki, hər gördüyünə zarıyan qadının “əkmək parası” hekayətini danışırdı.
 
Mən belə “hekayələrin” şahidi çox olmuşam. Daha təəccüblənməməyə çalışıram.
 
Məsələn, belə bir “hekayə” də məni təəccübləndirmir; hər iki gündən bir qapımız bərk-bərk döyülür. “Görəsən kim olar” - deyib qapıya gedirik. Gənc bir qadındı. Görünüşündən hiss olunur ki, çox sağlam və gümrahdır.
 
- Xahiş edirəm, maddi yardım edəsiniz, ehtiyacım var.
 
Belə vaxtda qonşularımızın da qapısı zərblə açılır, məqsəd dələduz qadını tənbeh etmək, düz yola dəvət etməkdir.
 
“Cavansan, sağlamsan, öz çörəyini özün qazana bilərsən, qapı-qapı gəzib pul dilənmək qadına yaraşmaz” və s. Amma indiyə kimi bu “dərslərin” nəticəsini görən olmayıb.
 
Qonşularımız ziyalı adamlardır. Kişi zooloqdur, qadın universitetdə laborant. Yaşları 70-i keçsə də, işdən ayrıla bilmirlər, bəlkə də heç kimdən asılı olmaq istəmirlər. Qadın çətinliklə yeriyir, ayaqları sözünə baxmır. Buna baxmayaraq, öz güzəranlarını təmin edirlər.
 
Sonuncu dəfə kişi əsəbiləşdi, özündən çıxdı, arvadı da onu sakitləşdirməyə çalışaraq qadına “Xahiş edirəm, bir də bizim qapını döymə, əsəblərimiz onsuz da xarabdır, yaşlı adamlarıq, indi bizə sakitlik lazımdı...”
 
“Məğrur” dilənçi nə desə yaxşıdı?
 
- İndi ki, belə oldu, sizin acığınıza hər gün gəlib qapınızı döyəcəyəm! - bunu dedi və hikkəylə çıxıb getdi.
 
Türkiyəli dostum burda olsaydı, yəqin ki, “yahu, bu nə tuhaf kadın” deyərdi. Biz isə sakitcə qapını örtdük. Zooloq qonşumuz da ürəyini tutub içəri keçdi. Amma insafən, bir də o “tuhaf” qadın qapımıza gəlmədi. Yərin ki, “hər gün gələcəyəm” deyərkən gözümüzü qorxutmaq, özlüyündə  intiqam almaq istəyirmiş.
 
Keçən dəfə yenə qapımız bərk-bərk döyülüb. Qapını döyən qoltuq ağaclarına söykənmiş  cavan bir oğlan imiş. Anam kövrəlib, hətta oğlanın müharibə əlili olduğunu düşünüb, təqaüdündən bir az yardım edib. Oğlan təşəkkür edib, qoltuq ağaclarına söykənərək çətinliklə pillələri düşüb gedib. Anam balkondan arxasınca baxanda başqa bir mənzərənin şahidi olub; əlil oğlan cibindən bir şüşə çıxarıb başına çəkib, qoltuq ağaclarını da qoltuğuna vuraraq normal məğrur yerişlərlə yoluna davam edib. Anam məyus olub. Təsəvvür edin, xeyirxahlıq etdiyini düşündüyün yerdə bir dələduzun qurbanına çevrildiyinin fərqinə varırsan.
 
Hələ bu harasıdır?
 
Dələduz xeyirxahlar da var. Bu cür “xeyirxah”lar köməyə ehtiyacı olanlara yardım etməyi üzərinə götürüb; “yaşadıqları” binadakı mənzillərin qapılarını döyür, xəstəxanada yatan filan qonşu və ya dərman ala bilməyən filan tənha qadın üçün maddi yardım etmələrini xahiş edirlər.
 
Dələduzlara yardım edən həqiqi xeyirxahlar aldandıqlarını anladıqdan sonra depressiyaya düşür və xeyirxahlığın səfehlikdən başqa bir şey olmadığı qənaətinə gəlirlər.
 
Bugünlərdə belə bir situasiyanın şahidi oldum. “Qonşu” adıyla qapını döyüb borc pul istəyən və bir neçə saatdan sonra qaytaracağına söz verən naməlum qadın tərəfindən aldadılan gənc qız ruh düşkünlüyünə qapılmışdı.
 
“Məsələ pulda deyil”, - deyirdi -  “Axı mən o qadına inanmışdım”.
 
Mən kədərlə qızcığaza baxır və heç nə deyə bilmirdim.
 
Əslində deyəcəklərim vardı, amma  böyük xəyallarla həyata atılmış qızcığazın ümidlərini öldürmək istəmirdim. 
 
Günel Natiq(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar