Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həştərxanda Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Mayın 5-də Həştərxan şəhərində Heydər Əliyev adına məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib


 Tədbirdə Həştərxan vilayətində Azərbaycan diasporunun rəhbəri Ədalət Hüseynov, "LUKOIL-Nizhnevoljskneft" MMC-nin direktorunun ümumi məsələlər üzrə baş müavini, Həştərxan vilayəti Dumasının deputatı Gennadiy Ordenov, Həştərxan Vilayəti Administrasiyasının Daxili Siyasət İdarəsinin rəis müavini Larisa Yeldışeva, Həştərxan şəhər Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İrina Kazantseva-İvanova, regional QHT-lər, Azərbaycan diasporasının nümayəndələri, məktəbin direktoru Tatyana Tixomirova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.

Tatyana Tixomirova tədbir iştirakçılarına Heydər Əliyevin həyat və dövlət fəaliyyəti haqqında məlumat verib. Tədbirdə məktəbin məzunu tərəfindən yaradılmış və Azərbaycan xalqının böyük oğlunun həyat yolundan bəhs edən "Heydər Əliyev" filmi nümayiş olundu.

Gennadiy Ordenov çıxışında RusiyaAzərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verən görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəb haqqında təəssüratlarını bölüşüb.

Artıq beşinci ildir ki, ənənəyə uyğun olaraq məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinə və müəllimlərə Heydər Əliyev Fondunun mükafatları təqdim olunub. Mükafatları  Larisa Yeldışeva və Gennadiy Ordenov təqdim ediblər.

"Kazaçok" klubunun üzvləri tədbir iştirakçılarına musiqili hədiyyə təqdim etdilər.

Tədbirin sonunda diaspor rəhbəri Ədalət Hüseynov çıxış edərək Həştərxan vilayətində Heydər Əliyev Fondunun fəaliyyətinin AzərbaycanRusiya arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar