Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Ruhani özünə qadın müavinlər və köməkçi təyin edib


İran prezidenti Həsən Ruhani özünə iki qadın müavin və bir qadın köməkçi təyin edib


PİA.AZ APA-ya istinadən məlumatına görə, H. Ruhani Məsumə İbtikarın prezidentin qadın və ailə məsələləri üzrə müavini, Laya Cuneydinin prezidentin hüquq məsələləri üzrə müavini, Şəhindoxt Molaverdinin isə prezidentin vətəndaşlarla iş üzvə köməkçisi vəzifələrinə təyin olunması barədə sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə islahatçı siyasətçi İshaq Cahangiri yenidən birinci müavin (vitse-prezident) vəzifəsinə təyin edilib.

Bundan öncə Nazirlər Kabinetində qadınlara da yer verilməsi barədə prezidentə çağırışlar olub. Lakin yeni hökumətin tərkibi açıqlandıqda məlum olub ki, orada heç bir qadın yoxdur. 

Yeni hökumətdə 17 nazirdən 7-si yenidir. Önəmli dəyişikliklərdən biri Gömrük Komitəsinin sədri Məsud Kərbasiyanın hazırkı iqtisad naziri Əli Tayyibniyanın əvəzinə bu vəzifəyə təqdim olunmasıdır. H. Ruhani müdafiə nazirinin müavini Əmir Hatəmini hazırkı müdafiə naziri Hüseyn Dehqanın yerinə nazir vəzifəsinə təqdim edib. Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini isə Cavad Azəri əvəzləyəcək.

Yaxın günlərdə parlament yeni Nazirlər Kabinetinin səlahiyyətini təsdiqləyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar