Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Ruhani Ağ Evə “bel bağlayır” (Təhlil)


Trampın İran seçkilərinə müdaxiləsi


“Reuters” İran mövzusunda son baş məqaləsinə bu adı verib: “Trampın düşmənçiliyi Ruhanini iqtidarda saxlaya bilər”.

Təhlilin nəticəsi doğrudur. Hərgah hazırda Həsən Ruhani hökuməti həm xaricdə, həm də ölkə daxilində çox sərt tənqidlərə dözməli olur və ilk baxışdan belə bir təəssürat yaranır ki, prezidentin hakimiyyəti nazik sapdan asılıdır.

“Ruhani iqtidarı ilə İslam inqilabının hədəfləri arasında böyük məsafə var”, – bunu parlamentin sabiq deputatı və Mahmud Əhmədinejad dönəminin vitse-prezidenti Mehrdad Bəzrpaş deyib. Sonra da əlavə edib ki, “dörd ildir keçmiş hökuməti “bisavad” adlandıranlar və iqtisadi problemlərin öhdəsindən gələ bilməyənlər üçün Əhmədinejad iqtidarı hələ də qorxulu kabusdur”.

Siyasi debatlarda və media məlumatlarında tez-tez xatırlanması “kabus”un – sabiq prezidentin özünü də uzun susqunluqdan çıxarıb. Yazılı bəyanatı ilə o, heç bir siyasi hərəkatın və partiyanın üzvü olmadığını və seçkilərdə heç bir namizədi dəstəkləməyəcəyini elan etməklə, barəsində yayılan söhbəti qeybət adlandırıb: “Mən heç bir cəbhəyə və ya partiyaya mənsub deyiləm və yalnız İran xalqının qulu olmağı özümə şərəf sayıram. Bu mövqe qəti və dönməzdir”.

“Al Arabia News”un məlumatına görə, aydın dillə söylənən bu sözlərin səslənməsinə səbəb “İslam İnqilabının Səmərəliliyi və İnkişafı Cəhbəsi”dir. Qısaca “Yekta” (“Tək”) adlandırılan bu partiya M.Əhmədinejadın “özündən xəbərsiz” prezident seçkilərinə onun namizədliyini irəli sürmək niyyətindədir.Halbuki sabiq dövlət başçısının seçkidə iştirakının arzuolunmazlığı hələ ötən ilin avqustunda ən yüksək səviyyədə və şəxsən özünə çatdırılıb.

Əvvəlcə, İranın Daxili İşlər Nazirliyi M.Əhmədinejada xəbərdarlıq etdi ki, seçki kampaniyasına hələ bir il qalmış müxtəlif toplantılarda təbliğat aparması qanuna ziddir. Sonra ali dini lider Ayətullah Seyyid Əli Xamnei ilə görüşdən bəd xəbərlə çıxan sabiq prezidentin özü üçüncü dönəmə iddiasından vaz keçdiyini rəsmən elan etdi.

Xamnei ilə görüşmək M.Əhmədinejad üçün belə vacib idimi?

“Saqqalın altından keçmək” İran siyasətində yazılmamış qanundur və dini liderlərlə mütəmadi görüşlər prezidentliyə namizədlik iddiası olan şəxslərə əlavə dəstək, ağır siyasi çəki qazanmaq imkanı verir.

Bu yaxınlarda “Tasnim News”un xəbər lentində də belə bir görüş barədə məlumat vardı. M.Əhmədinejad komandasının sabiq üzvü, siyasətdə artıq gənclərə yol verilməsini vacib sayan “… Mehrdad Bəzrpaş Ayətullah Misbah Yəzdi ilə cari məsələləri müzakirə edib”.

“Cari müzakirələrin müzakirəsi” üçün seçilmiş müctəhid – Ayətullah Misbah Yəzdi – İran elitasının “Troya atı” M.Əhmədinejadın da mənəvi hamisi və səkkiz illik dönəmdə möhkəm arxa idi.

Həsən Ruhaninin – liberal islahatçı qanada məxsus dövlət başçısının ətrafı bu baxımdan seyrəkdir. İran islahatçılarının hamisi Ayətullah Haşimi Rəfsəncaninin ölümü bu cinahda yeri doldurulmayan boşluq yaradıb. Prezident və xarici işlər nazirinin üzündən əskik olmayan ifadəyə görə “təbəssüm siyasəti” adı alan Qərbə açılma siyasi yönü hazırda dalana dirənib.

“5+1” sazişi D.Trampın iqtidara gəlişi ilə uçurum üzərində bir əllə sallana qalmış çarəsiz adamı xatırladır. Bəli, Avropa İttifaqı sanksiyaların əleyhdarıdır, lakin transmilli şirkətlər hələ də İranda iri iqtisadi yatırımlara cəsarət etmir. İqtisadi böhrandan yaranan narazılıq cəmiyyətin bütün qatlarında eynəksiz görünür.

Digər tərəfdən, bir zamanlar M.Əhmədinejad yaxın silahdaşı İsfəndiyar Məşaiyə görə korrupsiya ittihamı ilə üzləşdiyi kimi, H.Ruhani də qardaşı Hüseyn Firuduna görə hədəfə götürülüb.

Mühafizəkar qanadda ciddi təşkilatlanma gedir. “İslam İnqilabının Xalq Cəbhəsi” – rəsmən elan edilən yeni siyasi partiya (lideri höccətül-islam Məhəmməd Həsən Rahimiandır) hələlik prezidentliyə namizədliyini elan etməyib. Amma startda güclü siyasi sima islahatçıların üzündəki təbəssümünü biryolluq silə bilər: “Hazırkı şəraitdə, böyük ehtimalla, İran mühafizəkarları bu fikrə gəliblər ki, Ruhaninin iqtidarda qalması onlar üçün ən yaxşı seçimdir”.

Bu rəyi səsləndirən Beynəlxalq Böhran Qrupunun İran üzrə analitiki Əli Vaezi fikrinin davamında “Reuters”ə bildirib: “Bircə şərtlə ki, Vaşinqton rəsmi Tehranı ittiham etməkdə davam eləsin. O zaman rejimi qorumaq və İranda iqtisadi müşküllərin səbəbini izah eləmək asan olacaq”.

Doğrudanmı mühafizəkarlar bu qənaətdədir? Bəs əks halda 2017-ci ilin prezident seçkilərində onların əsas namizədi kim ola bilər?

Bəlkə iranlıların fəxrlə “Hacc Qasim” dedikləri general Qasim Süleymani?

Əgər Ağ Ev İslam İnqilabı Keşikçiləri Korpusunu sanksiya siyahısına salarsa…

Bəsirətə varmadan xatırladım, namizədlərin qeydiyyatı aprelin 11-də başlayır və beş gün davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar