Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Həsənov Moskvadakı Oval zalda üzə çıxdı - Video


Moskvada, M.İ.Rudimino adına Ümumrusiya Dövlət Kitabxanasının Oval zalında Azərbaycanın keçmiş xarici işlər naziri və keçmiş baş naziri, Polşadakı hazırkı səfir Həsən Həsənov publika qarşısına çıxıb


Virtualaz.org “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Həsən Həsənovun “Aleksandr Makedonski və Atropat” adlı kitabının təqdimat mərasimi olub.

78 yaşlı, amma kifayət qədər gümrah görünən Həsən Həsənovun müəllifi olduğu kitabda qədim azərbaycan dövləti Atropatenanın eramızdan əvvəl IV əsrdə deyil, Assiriya imperiyasının dağıldığı 612-ci ildə, yəni eramızdan əvvəl VII əsrdə yaranmasından bəhs olunur.

“Hazırda dünya tarixində belə konsepsiya mövcuddur ki, azərbaycan dövləti eramızdan əvvəl 321-ci ildə, Aleksandr Makedonskinin imperiyasının dağılması nəticəsində meydana çıxıb. Bu haqda Strabon bəhs edib, Strabonun dedikləri isə avtoritet olaraq qəbul edilir, yəni əksər tarixçilərdə şübhə yeri qoymur. Mənim apardığım araşdırmalar belə nəticəyə gəlməyə imkan verdi ki, Strabonun düz dediyini dəqiqləşdirim. Amma bir şərtlə-eramızdan əvvəl 321-ci ildə Atropatena dövlət kimi yeni meydana çıxmayıb, yenidən yaranıb. Yəni o vaxta qədər meydana çıxan ikinci azərbaycan dövləti olub”-Həsən Həsənov bildirib.



Təqdimat mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etməyib, ancaq səfirliyin müşaviri Vüqar İmaməliyev onun adından təbriklərini Həsən Həsənova çatdırıb. Tədbirdə ictimaiyyət və elm xadimləri, tələbələr də iştirak edib.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində Həsən Həsənov Azərbaycanda siyasi hakimiyyətə əsas iddiaçılardan biri idi. Lakin sonradan öz ambisiyalarından geri çəkildi və prezident Heydər Əliyevin kabinetinin tərkibinə daxil oldu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar