Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hesablama Palatası nöqsanları 8 istiqamət üzrə təsnifatlaşdırıb


Hesablama Palatasının həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərində yoxlanılan qurumların müxtəlif mənbələr hesabına maliyyələşdirilən və normativ-hüquqi aktlarla müəyyən edilmiş çərçivədə fəaliyyəti araşdırılır. Beynəlxalq təcrübəyə uyğun olaraq Hesablama Palatası nöqsanların təsnifləşdirilməsini tətbiq etməkdədir


Bu barədə Hesablama Palatasının ilk dəfə dərc olunan rəsmi məlumat bülletenində qeyd edilib.

Bildirilib ki, 2017-ci ilin iş planı ilə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş nöqsanlar 8 istiqamət üzrə təsnifləşdirilib, həmçinin vəsaitlərdən səmərəsiz hallar diqqətdə saxlanılıb.

Nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə aşağıdakı nöqsanlar müəyyən edilib:

Büdcə qanunvericiliyinin pozulmasına görə- 201

Əsaslı qoyuluşlar üzrə nöqsanlara görə – 72

Dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar – 11

Bank-kredit, valyuta əməliyyatları, dövlət borcu və s. istiqamətlərdə nöqsanlar – 5

Dövlət satınalmaları ilə bağlı nöqsanlar- 162

Vergi və gömrük qanunverciliyinin pozulmasına görə – 44

Mühasibat uçotu və hesabatlılıq ilə bağlı nöqsanlar – 169

Büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətdə nöqsanlar – 25.

Büdcə qanunvericiliyinin tələblərinə riayət edilməməsi halları arasında vəsaitlərin təyinatından kənar istiqamətlərə yönəldilməsi halları xüsusilə qeyd edilməlidir. Hesabat dövründə qurumlar tərəfindən 42110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.

Hesabat ilində aparılmış tədbirlərin nəticələrinə əsaslanaraq 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı müəyyən olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar