Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi hissələrin nümayəndələrinin ümumrayon toplantısı keçirilib - Tərtərdə


Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin iştirakı ilə ümumrayon toplantısı keçirilib


Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Tərtər Rayon Mədəniyyət Mərkəzində baş tutan toplantını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq giriş nitqi söyləyib. Bildirib ki, Tərtər rayonunun düşmənlə 48 km məsafədə təmas xətti var. Tərtərlilər düşmənlə üz-üzə həmişə mərdliklə dayanıblar, düşmənə bir qarış da olsa torpaq verməyiblər. Ötən ilin aprel döyüşlərində ordu və xalq birliyi bir daha nümayiş olundu və qələbə qazanıldı. Bu gün də xalq orduya arxalanır, bu birliyi qoruyur.  Heç bir düşmən  təxribatı ordumuzun gücünü, xalqımızın inamını sarsıda bilməz. 

Möhtərəm Prezidentimizin dediyi kimi “Tərtər  sakinləri qəhrəmandırlar. Onlar burada-döyüş bölgəsində düşmənlə üz-üzə möhkəm dayanlblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”. 
  
Müdafiə nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda geniş məruzə ilə çıxış edib.

Toplantıda çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsində, Xalq-Ordu birliyinin daim möhkəmləndirilməsində belə tədbirlərin rolunu xusisi qeyd ediblər.

İştirakçılar bu gün Azərbaycan oğullarının ata-babalarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirdiklərini, vətənin keşiyində daim ayıq-sayıq dayandıqlarını və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda Ali Baş Komandanın  əmrinə hər an hazır olduqlarını bəyan ediblər.

Sonda bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə bəstələdiyi “Qəhrəman Tətərim” mahnısı əsasında klip nümayiş olunub, aprel döyüşlərinə həsr olunmuş “Aprel zəfəri” filminin diskləri tədbir iştirakçılarına paylanıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar