Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi hissədə Novruz şənliyi keçirilib - Tərtərdə

Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə N saylı hərbi hissədə bayram tədbiri keçirib


Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxunub.

Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandirinin müavini mayor Seymur Abıyev  sözü Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseyinzadəyə verdi. M.Hüseyinzadə hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin təbrikini çatdırdı. Sonra Müdafiə Nairliyinin nümayəndəsi polkovnik Etibar Əliyev çıxış edərək əsgər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik etdi, öz ürək sözlərini bildirdi.
Təbriklərə qoşulan Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik etdi, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzuladı. Bildirdi ki, bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu formalaşıb. Bu, bizdə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə və növbəti Novruz tonqallarının doğma Qarabağımızda alovlandırılacağına, Azərbaycanın üçrəngli bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına böyük inam yaradıb.

Tədbirin sonunda Respublika Hərbi Prokurorluğu və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və bayram sovqatı verildi.

Sonra rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar