Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi ekspertdən və politoloqdan müharibə xəbərdarlığı


Son günlər cəbhə xəttində gərginliyin artması nədən xəbər verir?


Ermənistanın son bir həftədir cəbhə xəttində vəziyyəti gərginləşdirməsi müşahidə olunur. 

Xəbər verildiyi kimi, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqov cəbhə xəttinə gediblər. Hətta Zakir Həsənovun iki gün öncə Talış kəndi istiqamətində döyüşə şəxsən komandanlıq etdiyi bildirilir. Müdafiə Nazirliyi Zakir Həsənovun və baş qərargah rəisi Nəcməddin Sadıqovun təmas xəttində sürətlə artan eskalasiya ilə bağlı olaraq cəbhə bölgəsinə səfəri ilə bağlı məlumat yayıb.


Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, son günlər Ermənistan ordusunun aktivləşməsi, Ermənistan rəhbərliyinin ritorikasının daha da sərtləşməsi işğalçı ölkənin yeni müharibə planın olmasından xəbər verir: “Ermənistan tərəfi itirdikləri mövqeləri geri qaytaracaqları ilə bağlı tez-tez bəyanatlar da səsləndirirlər. Son günlər cəbhə xəttində baş verənlər o anlama gəlir ki, erməni tərəfi qüvvə toplayıb yaxın zamanlarda Azərbaycan Silahlı Qüvvələrinin üzərinə növbəti həmlələri, basqıları həyata keçirməyə hazırlaşır. Ermənistanın yaxın zamanda müharibəyə hazırlaşır.


Müdafiə Nazirliyinin cəbhədən verdiyi xəbərlərdən də aydın olur ki, Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən və iriçaplı pulemyotlardan, hətta qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini mütəmadi pozurlar. Ermənistanda yaxınlaşmaqda olan parlament seçkiləri və digər məsələlərlə əlaqədar çox böyük gərginlik müşahidə olunur. Apreldə keçiriləcək seçkilərdə qələbə qazanmaq üçün Serj Sərksiyan hakimiyyəti mümkün olan və olmayan variantlardan istifadə edir. Sərkisyan hesab edir ki, keçənilki aprel uğursuzluğunun əvəzini çıxmaqla seçicilər arasında nüfuzunu qaldıra və partiyasına uğur qazandıra bilər. Onun bir neçə gün öncə Müdafiə Nazirliyində səsləndirdiyi fikirlər də adi deyildi. İndi onun yeganə ümid yeri özünün Prezident Administrasiyasının keçmiş rəhbəri Vigen Sarkisyandır ki, onu müdafiə naziri vəzifəsinə təyin edib. Yeni müdafiə naziri də özünü göstərmək üçün hərbi əməliyyatlara başlamaq fikrinə düşə bilər. Həm buna görə, həm də artan əsgər ölümlərindən diqqəti yayındırmaq üçün müdafiə naziri də müharibənin başlamasında maraqlı ola bilər.

Bütün bu və digər amilləri nəzərə alaraq Ermənistanın istənilən an cəbhədə vəziyyəti gərginləşdirə bilməsini diqqətdə saxlamalıyıq. Əgər Serj Sərksiyanın partiyası seçkidə parlamentdə üstünlüyə nail olmasalar, 2016-cı ilin aprel ayında cəbhə bölgəsində yaşanan gərginlikdən daha ağır və şiddətli gərginlik olacaq. Ermənistan prezidentinin verdiyi açıqlamaları da bunu deməyə əsas verir. O, öz çıxışında bildirmişdi ki, bu dəfə insan tələfatı çox olacaq, biz buna hazırlaşmalıyıq. Hətta Azərbaycanı təxribata çəkmək üçün öz ağlına uyğun ifadələrdən də istifadə etmişdi. Diqqət edirsiniszə, Sərkisyanın bu bəyanatlarından sonra cəbhə xəttində gərginlik artıb və Ermənistan ordusunun cəbhəboyu aktivləşməsi barədə xəbərlər gəlməkdədir".


Hərbi ekspert vurğuladı ki, yaranmış vəziyyətdə Azərbaycan son dərəcə diqqətli və ehtiyatlı olmalıdır: “Azərbaycanın üzərinə böyük vəzifə düşür. Azərbaycan ordusu son dərəcə ayıq-sayıq, hər an ola biləcək hərbi əməliyyatlara, erməni təxribatlarına tutarlı cavab verməyə hazır olmalıdır. Ermənilərin davranışlarını izlədikdə aprel ayında cəbhə bölgəsində vəziyyətin gərginləşməsini proqnozlaşdıra bilərik. Ermənilər sakitləşmək istəmir, təxribatlar törədir. Erməni öz həyasızlığından əl çəkmir. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək üzərimizə düşən ən ağır vəzifədir. Ermənilər isə çalışır ki, bu məsələ maksimum uzansın və öz mənfur məqsədlərinə nail olsunlar”.



Politoloq Qabil Hüseynli də hesab edir ki, ermənilər Rusiyanın müəyyən təlimat və taktiki hazırlıqlarının köməyi ilə aprel savaşının qisasını ala biləcəklərini güman edirlər: “Ermənistan bölgədə vəziyyəti məhz buna görə gərginləşdirir. Müdafiə naziri Vigen Sərkisyanın ”İsgəndər" açıqlaması Azərbaycana qarşı şantaj və psixoloji təzyiq xarakteri daşıyırdı. Artıq bir neçə gündür cəbhədə vəziyyətin gərgin olduğunu söyləyə bilərik. Bunun əsas səbəbkarı isə Ermənistandır. Ermənilər hazırda olduqca təhrikçi mövqedədirlər. Bütün bu addımlar Azərbaycan ordusunu cavab vermək məcburiyyəti qarşısında qoya bilər. Cəbhədə hər an lokal xarakterli toqquşma yarana bilər. Ermənilər unutmamalıdır ki, hərbi toqquşmalar başlasa, Ermənistan ordusu bu dəfə diz çökəcək və işğalda saxladıqları Azərbaycan ərazilərinin daha böyük hissəsini bu dəfə itirməli olacaqlar". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar