Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi ekspert əsgərimizin cəsədinin necə alınacağının anonsunu verdi


“Ermənilər peşman olacaqlar...”


Üzeyir Cəfərov: “Yaxın günlərdə şahidi olacağıq ki, işğalçı ordunun Azərbaycan ərazilərindəki zabitləri və ya əsgərləri ordumuzun əlindədir”

Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər bu dəfə də şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar. 

Qeyd edək ki, Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlərdə şəhid olub. Hadisədən iki həftə keçsə də, Ermənistan Azərbaycan ordusunun əsgərinin cəsədini vermir. Beynəlxalq Qırmızı Xaça müraciət olunsa da, erməni tərəfi cəsədi qaytarmaqdan imtina edir. Beləcə, Ermənistan beynəlxalq humanitar normalara, müharibənin yazılmış və yazılmamış qanunlarına növbəti dəfə hörmətsizlik nümayiş etdirməkdədir. Ermənilərin əlinə hələ 90-cı illərin əvvəllərindən Qarabağ döyüşlərində istifadə etdikləri praktikanı - cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaq fürsəti düşüb.

Beynəlxalq humanitar normalar, müharibələr zamanı yaralılarla, cəsədlərlə və əsirlərlə rəftarı tənzimləyən beynəlxalq konvensiyalar, lap elə yazılmamış müharibə qanunları cəsəddən qisas almağı, onun təhvil verilməsini ləngitməyi yolverilməz sayır. Bu, həm də heç bir insanlığa sığmayan praktikadır və belə praktikadan məhz Ermənistan istifadə edir. 

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Çingiz Qurbanovun cəsədinin 10 gün Azərbaycanla sərhəddə saxlanması da Azərbaycanı məhz Ermənistan sərhədində təxribata çəkmək planının tərkib hissəsi idi. Ermənistan rəhbərliyi şəhid əsgəri orada saxlamaqla Azərbaycan ordusunun Ermənistan sərhədini keçməyə cəhd edəcəyini gözləyirdi: “Onlar hesablayırdılar ki, Azərbaycan hərbçiləri Çingizin cəsədini götürmək üçün sərhəddə əməliyyata başlasa, KTMT-yə, dünyaya ”Azərbaycan ordusu Ermənistan sərhədini pozdu" haray-həşirini yaysınlar. Görəndə ki, bu planları baş tutmur, əsgərin meyitini İrəvana apardılar. Ermənistan Azərbaycanı çox ciddi bir təxribata çəkmək istəyirdi". 

Ü.Cəfərov qeyd etdi ki, Ermənistanın bütün müharibə qanunlarını, beynəlxalq konvensiyaları, humanitar normaları açıq-aşkar pozmasına ATƏT-in Minsk Qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin və digər beynəlxalq qurumların seyrçi qalması, Ermənistana heç bir təsir göstərməməsi onu göstərdi ki, Azərbaycan bu beynəlxalq qurumlarla öz işini konkretləşdirməlidir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə ümumiyyətlə, hərəkətlilik nümayiş etdirmirlər. Həm onların, həm də Ermənistanın bu davranışı Azərbaycan üçün bir dərs olmalıdır. Erməni əsgərləri canlı və ya ölü Azərbaycan tərəfinin əlinə keçəndə biz onu bir-iki günün içində Ermənistana təhvil verirdik. Ermənilər bir daha sübut elədilər ki, onlar heç bir humanizm prinsipini anlamırlar. ATƏT-in Minsk qrupu həmsədrləri isə heç bir hərəkət etməməkləri ilə bir daha göstərdilər ki, onlar nəinki hansısa rayonu və ya kəndi danışıqlarla geri qaytarmağa nail olası deyillər, hətta bir əsgərin cəsədini ermənilərdən almaq istəyində və imkanında deyillər. Bütün bunlar Azərbaycan üçün həm də bir siqnaldır. Bir əsgər meyitini geri ala bilməyən beynəlxalq qurumdan Qarabağ münaqişəsinin həllini gözləmək öz-özünü aldatmaq olar”.

Hərbi ekspert sonda bəyan etdi ki, Çingiz Qurbanovun cəsədini ermənilər geri qaytarmaq məcburiyyətində qalacaqlar: “İnanıram ki, yaxın günlərdə Azərbaycan ordusu Çingizin qisasını alacaq və Ermənistan çox peşman olacaq. Ermənistan əsgərimizin cəsədini verməməyin bədəlini bir neçə qat artıq ödəməli olacaq. Onsuz da Müdafiə Nazirliyinin rəhbərliyi müvafiq göstərişi verib. Yaxın günlərdə bunun canlı şahidi olacağıq ki, Ermənistan ordusunun Azərbaycan ərazilərindəki zabitləri və ya əsgərləri Azərbaycan ordusunun əlindədir. Bundan sonra ermənilər Çingiz Qurbanovun cəsədini geri qaytarmaq üçün yalvaracaqlar. İnanıram ki, bu baş verəcək. Azərbaycan ərazilərindəki erməni mövqelərinə hücum edib onu darmadağın edən, onları ciddi itkiyə məruz qoyan milli qəhrəmanlar Mübariz İbrahimovun və Fərid Əhmədovun cənazələrini də Ermənistan uzun müddət qaytarmaqdan imtina edirdi? Ancaq sonda cəsədləri geri qaytarmaq məcburiyyətində qaldılar. Ötən ilin aprel döyüşlərində isə ermənilər cəsədlərin qaytarılmasına ona görə tezliklə razı oldular ki, Azərbaycan tərəfin nəzarətində də çoxlu erməni döyüşçüsünün cəsədi qalmışdı. Bütün bu faktlar sübut edir ki, düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol yoxdur”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar