Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur


Azərbaycanda hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur


Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin müavini bildirib ki, 10 il əvvəl bu rəqəmin sayı 3000-4000 idisə, bu gün bu göstərici aşağı düşüb: "Bu, görülən tədbirlər nəticəsində mümkün olub. Amma bu problem hələ də qarşımızda duran əsas məsələdir".

S.Qəhrəmanova əlavə edib ki, Azərbaycanda ailə institutu olsa da, onu təkmilləşdirmək lazımdır: "Bizim ailə institutu təcrübəsini öyrənmək istəyən ölkələr də var. Bizim milli mənsubiyyətimiz, milli dəyərlərimiz ailədir. Ona görə də biz hansı yol gedəcəyimizə diqqət yetirməliyik. Azərbaycanda ailə institutunu təkmilləşdirmək üçün mükəmməl hüququ bazamız var. Buna baxmayaraq, bu gün müəyyən problemlərlə üzləşirik. Bu problemlər qeyri-rəsmi nikahlar, ailədə olan məişət zorakılıqları və s.-dir".

O qeyd edib ki, komitəyə edilən müraciətlər daha çox alimentlərlə bağlı olur: "Qadınlara çox cüzi miqdarda alimentin verilməsi böyük problemə çevrilir". (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar