Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həqiqətin “KÖVRƏK NOTLAR” üzərindən yalançı göz yaşları

Kövrəkliyi ilə nazirin etimadını qazanan Həqiqət Qədirova növbətikütləvi işdən azad etmə kompaniyasına start verib


Respublika Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda sular durulmaq bilmir.

 Böyük bir institutun kollektivi hər an işdən qovulma, təhdidf olunma qorxusu içərisindədir, - necə ki qovulur. Xüsusilə institutun gənc əməkdaşları hər an əmri verilib işdən azad olunacağınını gözləyən “qurban”lar durumundadır. Çünki, Ağ Ciyər xəstəlikləri İnstitutunda elə küləklər əsir ki, kimsənin özünü sığortalamaq şansı yoxdur. 

Rubrika.az saytında ötən günlərdə Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda çalışan əməkdaşların narazılıqlarını əks etdirən silsilə yazılar dərc edilib. Həmin məqalələrdə institutun əməkdaşlarının yeni təyin olunmuş direktor Həqiqət Qədirovanın əməllərinə kəskin etirazı, onların ölkə başçısına, birinci vitse-prezidentə, eləcə də Səhiyyə nazirinə müraciətləri əks olunub. 

Bir daha xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyevin tələbə yoldaşı olan Həqiqət Qədirova instituta rəhbər təyin olunandan sonra uzun illər burada çalışan təcrübəli həkimlərə, tibb personalına qarşı əsl savaş açıb. Müxtəlif vasitələrlə tabeliyində olan əməkdaşlara təzyiqlər edən, onları daimi təhdid altında saxlayan direktor onlarla işçini heç bir ciddi əsas olmadan işdən azad edib, bir çoxunu isə azad edəcəyi qorxusu ilə üz-üzə qoyub. Artıq 10 aydan çoxdur ki, institutda narazılıqlar səngimir. Rubrika.az saytında dəfələrlə mövcud vəziyyət, həkimlərin düşdüyü çətin durum işıqlandırılsa da nəinki H. Qədirova iş prinsipini dəyişib, əksinə hər dəfə daha da aqressiya nümayiş etdirib. 

Sayta Həqiqət Qədirovanın institutda son “təmizləmə” əməliyyatı barədə olduqca ilginc məlumatlar daxil olub. Yuxarıda qeyd etdiyimiz kimi direktor Səhiyyə nazirinin tələbə yoldaşıdır və indiyə qədər bu prestijdən yetərincə yararlanıb. “Nazirin tələbə yoldaşıyam, məni şəxsən təyin edib, heç kimdən qorxmuram” deyərək indiyə qədər direktor istədiyini edib. 

Mötəbər mənbədən verilən məlumata görə Rubrika.az saytında institut kollektivinin müraciətləri əks olunandan sonra H.Qədirova Səhiyyə nazirinin qəbulunda olub. Amma bu dəfə tələbə yoldaşlarının görüşü “kövrək notlar” üzərində qurulub. Belə ki, ağlayaraq nazirə haqqında kompaniya aparıldığını, əslində isə tamamilə günahsız olduğunu bildirən Həqiqət xanım bütöv bir kollektivin dediklərini yalan, öz dediklərini isə həqiqət olaraq qəbul etdirə bilib. Onun göz yaşlarına inanan nazir tələbə yoldaşına sona qədər arxa olacağını bildirib. Göz yaşları ilə nazirin etimadını qazanan Həqiqət Qədirova bundan sonra institut əməkdaşlarının göz yaşlarına məhəl qoymadan kütləvi işdən azad etmə kompaniyasına start verib. Artıq xeyli sayda əməkdaş işdən azad olunub. Bunun nə vaxta qədər davam edəcəyini isə bilən yoxdur. Nazirlikdə kövrək ürək sahibi kimi tanınan Həqiqət xanımın rəhbərlik etdiyi kollektivə qarşı nədən bu qədər daş ürəkli olması isə doğrudan da maraqlıdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar