Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlərdən yeni bəyanat


Onlar prezidentlərin Paris görüşünə ümidlə baxdıqlarını bildiriblər


 ATƏT-in Minsk qrupu həmsədrləri regiona son səfərlərinin nəticəsi barədə bəyanatla çıxış ediblər.

ANS PRESS xəbər verir ki, bəyanatda deyilir: "ATƏT-in Minsk qrupunun Rusiyadan və Fransadan olan həmsədrləri İqor Popov və Pyer Andrie ATƏT-in monitorinqində iştirak etmək və ölkələrin liderləri ilə görüşmək üçün regiona baş çəkiblər. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjiy Kasprşik həmsədrləri müşayiət edib. Amerikalı həmsədri Ceyms Uorlik şəxsi səbəblərdən səfərə qatılmayıb. Səfər zamanı amerika tərəfini həmsədrin köməkçisi Devid Salvon təmsil edib."

Həmsədrlər bildiriblər ki, Bakıda Prezident İlham Əliyev, İrəvanda Prezident Serj Sarkisyanla və digər rəsmi şəxslərlə görüş oldu. Bakıda və İrəvanda oktyabrın sonunda Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilməsi nəzərdə tutulan ErmənistanAzərbaycan prezidentlərinin görüşü müzakirə edilib: "Biz dövlət başçılarının görüşünü gözləyirik və buna böyük ümidlə baxırıq."

Xatırladaq ki, dövlət başçılarının görüşü Fransa paytaxtında oktyabrın 27-də baş tutacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar