Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlərdən növbəti Qarabağ bəyanatı

"Biz tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa çağırırıq”


Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədirləri - səfir İgor Popov ( Rusiya), Ceyms Uorlik ( ABŞ) və Pyer Andriunun ( Fransa) birgə bəyanatında bildirilib.

Həmsədrlər hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər.Bəyanatda qeyd edilib ki, helikopterin qalıqları “qoşunların təmas xəttində, neytral minalanmış ərazidədir”.

Həmsədrlər tərəfləri atəşkəs rejiminə, həmçinin Soçi, Nyuport, Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıblar.

Qeyd edək ki, həmsədrlərin bəyanatında “qoşunların təmas xəttində, neytral minalanmış ərazi” kimi qeyd olunan ərazi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış və hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazisidir.

Onu da xatırladaq ki, bu il noyabrın 12-də Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopter Azərbaycanın işğal olunmuş ərazisində uçuşlar keçirməklə yanaşı, mövqelərimizə hücum edib. Azərbaycan hərbçiləri hücum cəhdinin qarşısını alaraq, helikopteri zərərsizləşdiriblər. (apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar