Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlər bəyanat yaydı


Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andriyo iyulun 23-ü Vyanadan bəyanat yayıblar.


 Bəyanatda Qarabağ bölgəsində gərginliyin, zorakılığın artmasından, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində mülki şəxslərə atəş açılmasından narahatlıq ifadə olunur.

İyulun 22-si Brüsseldə AzərbaycanErmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçirdiklərini vurğulayan həmsədrlər tərəfləri mülki şəxslərə və yaşayış məntəqələrinə qarşı zorakılıqdan, itkilərdən çəkinməyə, atəşkəs müqaviləsinə sadiq qalmağa çağırdıqlarını vurğulayıblar.

Bəyanatda qeyd olunur ki, xarici işlər nazirləri ilə danışıqlarda AzərbaycanErmənistan prezidentlərinin mümkün görüşünün gündəliyi müzakirə olunub, tərəflərin BMT Baş Məclisinin sessiyasının keçiriləcəyi Nyu-Yorkda bir araya gəlmək ehtimalı götür-qoy edilib.

Həmsədrlərin bəyanatında tərəflər arasında etimad yaradılması üçün xalqların təması proqramlarına dəstək ifadə olunur.

Vasitəçilərin Vyanada Minsk Qrupu ölkələrinin nümayəndələrinə sülh danışıqlarının gedişi barədə məlumat vermək üçün toplaşdığı bildirilir.
“Media forum”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar