Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlər Qarabağla bağlı xüsusi bəyanat veriblər



Cəbhədə atəş dayandırılmalıdır


ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyanat yayıblar.

PİA.AZ-ın APA-ya istinadən verdiyi məlumatına görə, bəyanatda qeyd olunub ki, həmsədrlər görüşdə qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı narahatlıqlarını ifadə edilib: “İlin əvvəlindən başlayan gərginlik etimadın bərpası və Dağlıq Qarabağ danışıqlarında irəliləyiş naminə dayandırılmalıdır. Biz Azərbaycanı münaqişənin dinc yolla həlli üçün öz öhdəliklərini yerinə yetirməyə, həmçinin Ermənistanı gərginliyin qarşısının alınması üçün lazımi addımlar atmağa çağırırıq. Tərəflər atəşkəs müqaviləsinin şərtlərinə təmkinlə yanaşmalıdır. Zorakılıq sülh naminə göstərilən səylərin üstündən xətt çəkir”.

Sənəddə həmçinin bildirilib ki, E. Məmmədyarovla görüşdə nizamlanma prosesində növbəti mümkün addımlar, o cümlədən yekun sülh sazişinə aparan danışıqlar müzakirə edilib: “Biz nazirə öz mandatımızı xatırlatdıq. Danışıqlar prosesinə, həmsədrlər və ATƏT müşahidəçilərinin fəaliyyəti ilə bağlı səslənən tənqidlərdən narahat olduğumuzu bildirdik. Biz cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən arzuolunmaz insidentlərin qarşısını almaq üçün tədbirlərin əhəmiyyətini vurğuladıq. Həmçinin BQXK himayəsi altında əsir və itkin düşənlər barədə məlumat mübadiləsinin təşkili ilə bağlı müzakirələr apardıq”.

Qeyd edək ki, həmsədrlər yaxın günlərdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da görüşməyi planlaşdırırlar. Sonra onların regiona səfəri nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar