Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlər Paşinyanla görüşdülər

Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) baş nazir Nikol Paşinyanla görüşüblər


Yerli KİV bildirir ki, görüşdə N. Paşinyan münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilərin rolunun vacib olduğunu vurğulayıb və effektiv əməkdaşlığa ümid etdiyini deyib.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bütün lazımi səyləri göstərəcəklərini bəyan ediblər.

Tərəflər prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyin əhəmiyyətini vurğulayıblar.

Yeri gəlmişkən, həmsədrlər bundan əvvəl Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla da görüşüblər. Erməni nazir bildirib ki, bu səfər Ermənistanın yeni hökumətinin formalaşmasından sonra ilk dəfə birbaşa əlaqə yaratmaq imkanıdır.

Həmsədrlər erməni nazirə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz yanaşmalarını təqdim ediblər.

ATƏT-in Minsk qrupu həmsədrlərinin formatında növbəti addımlar müzakirə edilib.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar