Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmkarlarından Bayram Kürdəxanlının həbsinə münasibət


Anar Nağılbaz: “Onun həbsinə çox təəssüf edirəm”


Bayram Kürdəxanlı kimi tanınan meyxanaçı Bayramqulu Quliyev Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb. 

Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlı narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib. Həmçinin meyxanaçı 22 yaşından başlayaraq, narkotikdən istifadə etdiyini bildirib. 

Sabunçu rayon Məhkəməsi meyxanaçı Bayram Kürdəxanlı barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Onun barəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb.

Musavat.com-un əməkdaşı B.Kürdəxanlının həbsi ilə bağlı onun həmkarlarının fikrini öyrənib.

Meyxanaçı Mehman Əhmədli Bayram Kürdəxanlı ilə yaxın dost olduğunu dedi: “Bayram bizim həmkarımızdır. Bütün sahələrdə olduğu kimi, meyxana sahəsində də işki içən, narkotik çəkən də var, namaz qılanda... Bayrama gəlincə isə o, keyfə meyilli insan idi. Amma onun üzərindən tiryək çıxması məni də təəccübləndirdi. Biz uşaqlıqdan Bayramın meyxanalarına qulaq asmışıq. Onunla şəxsi münasibətim də çox yaxşı idi. Əgər Bayram narkotik çəkən idisə, ona bir balaca bəs edərdi. Bu barədə nəsə deyə bilmərəm. Ancaq mənim üçün müəmmalıdır ki, o boyda tiryəki niyə üstündə gəzdirirdi. Bayram özü də deyirdi ki, mən narkotikdən istifadə edirəm. Bunu biz də bilirdik. Bu adam bir var, heç nə etməyəydi, onda düşünmək olardı ki, ona şər atıblar. Məsələn məndə elə bir şey çıxarsa, hamı bilər ki, üstümə şər atılıb. Çünki mən heç siqaret də çəkmirəm. Amma Bayram bir az meyilli olduğundan adam bilmir, nə düşünsün. Ancaq o boyda ustada heyf oldu. O, 50 yaşından sonra türmədə nə edəcək. Özü də vərəm xəstədir”.

Repçi Anar Nağılbaz Bayram Kürdəxanlının həbsinə təəssüfləndiyini dedi: “Onun “yeyib içən oğlan yaman olmaz” adlı bir qafiyəsi var. Onu rep janrında birlikdə işləmişdik. Bu qafiyədə insanlara tövsiyə şəklində bildirirdik ki, təhlükəli şeylərdən uzaq olsunlar və s. Bununla əlaqədar Bayrama zəng etmişdim. Onunla telefon danışığından başqa şəxsi tanışlığım yoxdur. Onun həbsinə isə çox təəssüf edirəm. Allah qapısını açsın”.

Meyxanaçı Vüqar Əbdülov Bayram Kürdəxanlı ilə heç bir münasibətinin olmadığını dedi: “Bayramla şəxsi dostluğum, ya da gediş-gəlişim olmayıb. Buna görə də onun üzərindən tiryək tapılmağının yalan, ya gerçək olduğunu deyə bilmərəm”.

Qeyd edək ki, irəli sürülən ittihama görə Bayram Kürdəxanlını 3 ilə qədər həbs cəzası gözləyir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar