Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Helsinki Vətəndaş Assambleyası: Ermənistanda kişi çatışmazlığı var


İşğalçılıq siyasəti ilə regionda özünü təcrid vəziyyətinə salan Ermənistanda miqrasiya problemi pik həddədir. BMT-nin hesabatında belə davam edəcəyi təqdirdə ölkə əhalisinin 9,6 faiz azalacağı proqnozlaşdırılır


"Əhali ölkədən qaçır, kəndlər, şəhərlər boşalır" - bu barədə məlumat Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin Ermənistanda miqrasiya problemləri ilə bağlı hesabatında yer alıb.

Mərkəzin sədri Artur Sakunts bildirir ki, vəziyyət kritikdir. Ölkə əhalisinin sayında azalma mənfi miqrasiya sadosuna gətirib çıxarır. Bu isə o deməkdir ki, Ermənistanı tərk edənlərin sayı ölkədə doğulanların sayından çoxdur.

Hüquq müdafiəçisi bütün bunlarda hazırkı Ermənistan rəhbərliyini günahlandırır. Bildirir ki, məhz Serj Sarkisyanın səriştəsiz idarəçiliyi nəticəsində ölkə saysız problemlər içində boğulur. Bu da miqrasiya tempinin sürətlənməsi ilə nəticələnib. Son 10 ildə Ermənistanı 320 min insan birdəfəlik tərk edib. Onların 160 min nəfərini gənclər təşkil edir. Ölkədən gedənlər əsasən kişilərdir.

Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ermənistanda hərbi xidmətə getməyə adam tapılmayacaq. Çünki azalan doğum sayının fonunda miqrasiya tempi artıb. Ermənistandakı köç BMT-nin dünya ölkələrində demoqrafik vəziyyətlə bağlı hesabatında da əksini tapıb.

Ölkədə demoqrafik azalma artıq 5 ildir ki, müşahidə olunur. Belə davam edəcəyi təqdirdə isə yaxın illərdə Ermənistan əhalisi 9,6 faiz azalacaq.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar