Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hələ pensiya da istəyirlər...


“Kərbəlayi Zal cavab verərdi:


- Arvad, sən hökumətin ləzzətini anlamırsan. 

Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.

Belə danışıqdan sonra arvad həmişə sakit olardı".

(Əbdürrəhim bəy Haqverdiyev, “Bomba” hekayəsi)

Hökumətin pensiya yaşını qaldırması qərarına zəhmətkeşlərimizin bəzi savadsız hissələri etiraz edirlər. Onlar deyirlər guya bizim pulumuz azalıb, qocalara verməyə vəsait tapılmır, o üzdən pensiya yaşı qaldırılır. Yalan söhbətdir. Pulumuz azalsa İslam Oyunları və Formula-1 yarışı niyə keçirdirik? Hətta yaxşı olar gələcəkdə Pensiyaçılar arasında Dünya Çempionatını da Azərbaycanda təşkil eləyək. Yəni maddi məsələnin burada heç bir əhəmiyyəti yoxdur.

Burada əsas məsələ pensiyanın artırılması prosedurudur ki, çox maraqlı üsuldan istifadə ediləcəkdir: hər altı aydan bir pensiya yaşı altı ay qaldırılacaqdır. Ya da hər bir ildə altı ay - dəqiq yadımda qalmayıb, heç baxmadım da necədir. Nəyimizə lazımdır? Onsuz da hökumətin qərarları adətən camaata dərin təmas halından sonra çatır, biz də həmin vaxt öyrənərik, razı qalarıq. Qanunu-qərarı qoy getsin almanlar, fransızlar kimi geridə qalmış millətlər qabaqcadan müzakirə eləsinlər, debat-zad olsun. Bizdə belə söz güləşdirməyə heç ehtiyac yoxdur. Söhbət dananı qurda verər - bir ata sözümüzdə qızıl kimi həkk olunubdur. Söhbətə başını qarışdırana qədər dananı elə özün bas ye, üstündən su iç.

Uzun sözün qısası, bu pensiya yaşı dövri olaraq qalxa-qalxa gedəcəkdir, ilkin varianta görə 65 yaş rəqəminə çatıb, dayanacaqdır. Mən hökumətin yerinə olsam heç 65-də saxlamaram. Qoy olsun 100 yaş. Bu temada da şairin platin sözləri vardır: “Hər kəs yüz il yaşamasa, Günah onun özündədir”.

Əlbəttə. Canın çıxsın, daha doğrusu, çıxmasın, yüz yaşa, pensiya da al. Buna hökumət neyləsin ki, sən yüz il yaşamaq və uğurlarımızı görmək istəmirsən, düşmən dəyirmanına su axıdaraq 40-50 yaşında ölüb gedirsən? Cavan ölən ermənidir! Gərək hökumət belə söyüş qoysun. Çünki bu dəqiqə Ermənistan boşalır, əhali qırılır. Demoqrafik qələbəmizə töhfə vermək əvəzinə ölənlərə indi biz nə cür baxmalıyıq? Təbii ki, vətən xaini gözü ilə.

Sözgəlişi, Ermənistanda ümumiyyətlə pensiya yoxdur, çünki hamı cavan ölür. 30 yaşdan yuxarı bir nəfər də qalmayıbdır. Təzəlikcə orda camaat etiraz aksiyası keçirtdi, Sərkisyandan tələb elədilər ki, pensiya yaşı 15 yaşa endirilsin. Şüarlardan biri isə belə idi: “Biz də Cocuq Mərcanlı cocuqları kimi xoşbəxt olmaq istəyirik!”. Ay oldunuz ha... Bundan ötrü qabaqca analoqu olmayan iqtisadi yüksəliş lazımdır. İkincisi qalsın, başqa vaxt yazaram, tema bu deyil.

Qayıdaq pensiya probleminin mahiyyətinə. Məncə xalq hakimiyyətin humanist davranışını qiymətləndirməlidir. Əslində bizim camaata heç pensiya düşmür. İzah edim, özün bax, yalan deyirəmsə pensiya üzünə həsrət qalım.

Pensiya normal dünyada elə bir şeyə deyilir ki, sən cavanlıqda yaxşıca işləyirsən, bu zaman maaşından müəyyən pullar tutulur, yığılır pensiya fondu adlanan kisəyə. Sonra da qocalıb əldən düşəndə hökumət kisəni açır, ordan vaxtilə elə məhz sənin verdiyin faizlərdən toplanan pensiyanı sənə qaytarır. Loru dildə desək, sən problemlərini vaxtında həll edirsən. Nağıl diliylə desək, cırcırama və qarışqanın o məşhur təmsili fason bir zaddır: qarışqa zəhmət çəkib işləyir, qışda da (oxu: qocalanda) həmin zəhmətin bəhrəsini yeyir, cırcırama isə fonda ödəmə etmədiyi üçün acından ölür.

Bax, bizim pensiyaçılar hazırda elə o cırcıramanın günündədir. Ölkənin hansı problemini həll ediblər? Heç birini. Cavan nəsilə işsizlik, torpaq itkisi, sosial problemlər, ümidsiz və darmadağın ölkə, işgəncə aparatı, nə bilim, yaltaq media və sairə qoyub çıxıblar pensiyaya. Fonda yığdıqları beş-on manatı da devalvasiyada dollar siçanı Elman müəllimlə birgə anbarın küncündə basıb yedi. İndi cavanlar işləyib bunlara pensiya ödəməlidir. Xeyir ola?

Bu mənada, mən hakimiyyətin pensiya yaşını qaldırmaq qərarını ikiəlli, dördayaqlı alqışlayan zəhmətkeşlərimizə qoşuluram. Əcəb eləyirlər. Hələ şadlığa şitlik eləməsinlər, ulu babalarımız massagetlər yaşlıları ümumiyyətlə bişirib yeyirmişlər.(musavat.com)

 Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar