Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimlərin siqaret və içki vərdişi: Stress atmaq, yoxsa...

Adil Qeybulla: “Siqaret çəkən, içki içən həkim oldu-olmadı, çəkir və içir”; Vəfa Rəşidova: “Bəzən həkimlər bu cür stress atırlar”


Bir sıra həkimlər müxtəlif cərrahi əməliyyatlardan və ya ümumiyyətlə, işdən sonra spirtli içki qəbul edir və ya tez-tez siqaret çəkirlər. Əslində hər iki vərdişin olduqca ziyanlı olduğunu deyən həkimlərin özləri bu əməllərə riayət etmirlər. Onlar çox zaman bunu gərgin iş rejimi ilə bağlayır, xəstələrlə işləmək üçün mütləq pozitiv olmanın önəmini vurğulayır, bəziləri isə bəzən elə gənc xəstələrlə, ölüm halları ilə üzləşirlər ki, bunu unutmaq, bir qədər də olsa psixoloji rahatlıq tapmaq üçün işdən sonra içdiklərini və ya siqaret çəkdiklərini deyirlər.

Ancaq bunun tam əksini düşünən, həkim psixologiyasının olduqca möhkəm olduğunu və işinin peşəkarının bu cür zərərli vərdişlərə aludə olmadığını, olubsa da peşəsini bunu bəhanə etdiyini deyənlər də var.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da bu düşüncədədir: “Bu, çox yanlış düşüncədir ki, həkimlər əməliyyatdan sonra və ya əvvəl spirtli içki içir və ya siqaret çəkirlər. Bu bir peşə fəaliyyətidir. İnsanlar bunun anatomiyasını, fiziologiyasını və sairə bilir. Ona görə də öz fəaliyyətini onun əsasında qurur. Siqaret çəkən, içki içən adam həkim oldu olmadı, çəkir və içir. Hər hansısa bir əməliyyata girərkən içki qəbul etmək heç məqsədəuyğun deyil. Düşünmürəm ki, hansısa həkim bunu etsin”.

Maraqlıdır, ümumiyyətlə, həkim psixologiyası necə olmalıdır ki, bütün gün xəstələrlə təmasda olmasına baxmayaraq, o, ətrafa pozitiv baxa bilsin?

Psixoloq Vəfa Rəşidova bəzən həkimlərin spirtli içki qəbul edərək stress ata bildiklərini dedi: “İnsanlar elə düşünür ki, həkimlər sanki ideal olmalıdır. Ancaq unutmaq olmaz ki, cərrah da, həkim də bir insandır və onun da spirtli içki içmək, siqaret çəkmək kimi mənfi vərdişləri ola bilər. Necə ki, hər bir həkimin özünəməxsusluğu var, eyni zamanda bəzi həkimlərin içki içmək kimi vərdişləri mümkündür. Təbii ki, mən bunun normal hal olduğunu vurğulamaq istəmirəm. Bir çox həkimlərin bu kimi davranışları onların düşüncəsinə görə stress atmaq deməkdir. Ümumiyyətlə, cərrahların düşüncələri, psixologiyaları tamamilə fərqli olur. Məhz buna görə də hər adam cərrah ola bilmir. Əgər həkim spirtli içki qəbul edib bir insanın həyatına zərbə vurursa, bu təbii ki, qeyri- peşəkarlıqdır. Yox, əgər az miqdarda qəbul edirsə və heç bir problem yaranmırsa, demək ki, o da belə rahat olur. Bəzən həkimlər bu cür stress atırlar. Onların düşüncəsinə görə, daha yaxşı vəziyyətdə olmaq və uğurlu bir əməliyyat etmək üçün az da olsa, spirtli içki qəbul etmək lazımdır. Bu yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. Bir daha bildirim ki, bunun qeyri-peşəkarlıqla bir əlaqəsi yoxdur. Hər bir peşəkar həkim, cərrah əməliyyat zamanı məsuliyyət daşıyır və bunun fərqində olmalıdır.  Hər bir həkimin möhkəm psixologiyası olmalıdır. O zamana kimi ki, həkim yanma sindromu yaşamasın. Yanma sindromu, yəni işindən yorulmaq deməkdir. Uzun zaman istirahət etmədən çalışan hər bir həkim yanma sindromu yaşaya bilər. Yalnız bu zaman həkim spirtli içki içməyi özünə çıxış yolu bilir və bununla müəyyən qədər stress atdığını düşünür. Ümumiyyətlə, hər bir peşənin sahibi yanma sindromu yaşaya bilər”.(müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar