Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həftəsonu əfv sərəncamı veriləcək

Vəfa Məmmədova: “Çətin ki, bu siyahıda İlqar da olsun...”


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı əfv sərəncamının verilməsinə sayılı günlər qalır.

Heç şübhəsiz ki, ictimaiyyətin əsas diqqət mərkəzində məşhur məhbuslardır. REAL sədri İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov, NİDA-çı gənc İlkin Rüstəmzadə, AXCP-dən Asif Yusifli, Seymur Həzi, Məmməd İbrahim və digər siyasilərin, eləcə də ömürlük məhbuslardan kimlərin əfv siyahısında olub-olmayacağı barədə müxtəlif fikirlər var.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında müsbət qərarlar qəbul etdiklərini söylədi: “Əfv siyahısında kimlərin adının olması birbaşa cənab prezidentin səlahiyyətinə aiddir. Siyahıda müxtəlif kateqoriyalardan olan insanlar var. Müraciətlərə baxılarkən öncəliklə mərhəmət, humanizm prinsipləri əsas götürülüb. Məhbuslar tərəfindən edilən müraciətlərdə bir çox amillər nəzərə alınıb. Məhbusun şəxsiyyəti, səhhətinin vəziyyəti, etdiyi cinayətin nəticələrinə münasibət, islaha meylli, davranışları, ailəsinin durumu, zərərçəkmişin mövqeyi, zərərçəkmişlə məhbusun barışıb-barışmadığı, dəymiş ziyanın ödənilib-ödənilməməsi, dövlətin milli təhlükəsizlik maraqları kimi amillər əsas götürülüb. Balanslar qorunmaqla rəy hazırlanıb və qərar qəbul olunub. Son qərar cənab prezidentə məxsusdur”.

Ə.Nuriyev dedi ki, ömürlük məhbuslarla bağlı məsələdə cəzanın müddəti şübhəsiz ki, burada mühüm rol oynayır: “Burada heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Hər bir müraciət hərtərəfli araşdırılıb. Cəzanın 25 ilini başa vurmuş, son beş ildə qüsursuz davranış nümayiş etdirmiş şəxslərlə bağlı vaxtından əvvəl şərti cəza tətbiq edilə bilər. Bildiyim qədəri ilə indiyə qədər 6 nəfər cəzasının 25 ilini başa vurub. Çox güman ki, həmin şəxslərlə bağlı məhkəmələrə müraciətlər olunacaq. Məhkəmələr də bu müraciətlərə baxıb müvafiq qərarlar qəbul edə bilərlər. Üzümüzə gələn əfvin hansı gündə veriləcəyi barədə nəsə demək çox çətindir. Çünki bu hüquq da birbaşa cənab prezidentin səlahiyyətlərinə aiddir. Ola bilər ki, bu həftə ərzində əfv olsun, bunu istisna etməzdim”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əfvlə bağlı məhbusların kateqoriyalara ayrılmasının əleyhinədir: “Əgər ölkəmizdə ədalətli məhkəmələr olsa, güclü vəkillər fəaliyyət göstərsə, o zaman məhbusları kateqoriyalara ayırardım. Ədalətsiz şəkildə həbs edilənlər də az deyil. İstənilən halda azad edilən hər bir məhbusun adına sevinmək lazımdır. Çünki burada ailələrin sevincini unutmaq olmaz. Hazırda Azərbaycanın imici beynəlxalq aləmdə elə də yaxşı deyil. Bu vəziyyətin böyümə ehtimalları var. Azərbaycanda siyasi motivlərlə həbs edilən insanların olduğu danılmaz bir faktdır. Belə insanların azad edilməsi vacibdir. Ölkənin gələcək inkişafı, imici üçün mütləq bunlar nəzərə alınmalıdır. Siyasi məhbus siyahılarına çoxsaylı şəxslərin adlarının salındığı da bir acı reallıqdır. Çox istərdim ki, Gözəl Bayramlı başda olmaqla, qadın məhbuslarımız, bloggerlər, jurnalistlər azad olunsunlar. Ömürlük məhbuslar mütləq mənada azad edilməlidir. Bilmək olmur ki, onların nə qədər ömrü qalıb. Xəstə məhkumlar da nəzərə alınmalıdır”.

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə ümidsizdir: “Çətin ki, bu siyahıda İlqar da olsun. Əgər möcüzə baş verərsə, sevinərik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar