Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həftənin ilk iş günü yollar bağlı olacaq - Əhalinin nəzərinə!


IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə əlaqədar mayın 22-də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyət göstərməyəcək


Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin gün səhər saat 06:00-dan Bakı ətrafı kənd və qəsəbələrdən “Koroğlu” NMM-ə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər - metronun “Qara Qarayev”, “Neftçilər” və “Həzi Aslanov” stansiyalarına doğru dəyişdiriləcək.

Belə ki, 54, 62, 107, 131, 172, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Neftçilər” metrostansiyasına, 139, 148, 163, 166, 184, 198, 204, 216, 214, 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Qara Qarayev” metrostansiyasına, 101, 136, 150, 160, 171, 187 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Hava Limanı-Zığ beton yolundan keçməklə “Həzi Aslanov” metrostansiyasına yönləndiriləcək.

Dəyişikliyə əsasən, mayın 22-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 17:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.
 
•    2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.

•    4 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar İ.Hidayətzadə küçəsindən 28 May metrostansiyasına qədər hərəkət edəcək.

•    5 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar saat 16:00-dan etibarən N.Nərimanov – 28 May metrostansiyasına qədər fəaliyyət göstərəcək.

•    21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən “Əhmədli” metrostansiyasından son dayanacağı “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

•    32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

•    46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Günəşli) olmaqla son dayanacağı “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

•    88 nömrəli marşrut xətti başlanğıc dayanacağı 7-ci MKR olmaqla Hökümət evi – Z.Əliyeva – R.Behbudov küçələri istiqamətində fəaliyyət göstərəcək.

•    125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən Azneft dairəsinə qədər fəaliyyət göstərəcək.

•    H1 nömrəli marşrut xətti 28 May küçəsi – R.Behbudov – S.Rəhimov – Xətai pr. – Babək pr. – N.Rəfiyev – A.Cəlilov – Nobel pr. – Zığ beton yolu – Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı – Zığ beton yolu – Nobel pr. – A.Cəlilov – K.Səfərəliyeva – 28 May küç. – “28 May” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

Biletli tamaşaçıların ekspress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna və mərasim bitdikdən sonar müəyyən edilən isiqamətlərdə daşınması üzrə IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimi zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması 3 seçilmiş istiqamətdən-metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bunun üçün adı çəkilən metro stansiyalarının çıxışına yaxın ərazilərdə xüsusi dayanacaq məntəqələri yaradılacaq. Həmin dayanacaqlardan biletli tamaşaçıların daşınması prosesi saat 17:00-dan 20:00-dək davam edəcək. Bağlanış mərasiminə gələcək tamaşaçıların sayının çoxluğu nəzərə alınaraq Bakı Nəqliyyat Agentliyi ekspress xətt üxrə 430 nəqliyyat vasitəsinin ayrılmasını təmin edib. 

Bağlanış mərasimini izləmək istəyən biletli əlil tamaşaçılar metronun "Gənclik" stansiyası yaxınlığındakı dayanacaqdakı avtobuslardan istifadə edə bilər.

Oyunların Bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa minərkən bilet və şəxsiyyətini təsdiq edən sənədi nəzarətçilərə təqdim etməlidir. Bileti təqdim etməyən şəxslərin ekspress avtobuslarına minməsinə icazə verilməyəcək. Bileti onlayn əldə edən tamaşaçılardan isə bunu təsdiq edən sənədi təqdim etmək tələb edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar