Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heç bir zaman unudulmayacaq Cem Qaraca əfsanəsi

Bu gün – 5 may Türkiyənin Anadolu rok janrının ən parlaq nümayəndəsi Cem Karacanın doğum günüdür. Heç bir zaman unutulmayacaq olan, Türkiyəyə postmodernist ruhu gətirən və incəsənətin bütün qollarında Türkiyədə inkişafa səbəb olan böyük Qaracanın 73 yaşı tamam olur...


Xüsusi qeyd: Aşağıda oxuculara təqdim olunan Cem Qaraca əfsənəsi 2012-ciildə yazılıb və Publika.az saytında dərc edilib.

“MİNDİK MİN ƏLAMƏTƏ” - Cem Qaraca əfsanəsi

1987-ci ildi. 8 il əvvəl zorən Türkiyəni tərk edib Almaniyaya getməyə məcbur olan Cem Qaraca vətənə geri dönmüşdü. Amma nə Türkiyə əvvəlki Türkiyəyədi, nə də Cemin «qara oğlan» dediyi Bülənd Əcəvit əvvəlki Əcəvitdi. Heç 70 ci illərin əfsanəsi Cem Qaraca da əvvəlki Cem deyildi. Əfsanəvi yetmişinci illər Türkiyəsinin üzərindən Türk ordusunun ağır tankları keçmişdi...
 
Geri dönməsi üçün 1985-ci ildə Almaniyada səfərdə olan Turqut Ozalla görüşmüş və Türkiyənin o dönəmdəki Baş naziri onun geri dönməsi üçün bütün hüquqi işləmlərin həyata keçiriləcəyinə söz vermişdi.

Səkkiz illik ayrılıqdan sonra solçular Cem Qaracanı Türkiyədə ittihamlarla qarşıladılar. Onu Türkiyəyə dönər-dönməz Turqut Ozalın evindəki qəbula gedərək Türkiyə prezidentinin əlini öpməkdə suçlayırdılar. 

Image result for Cem Qaraca

Cemin bəzi görüşlərinin əvvəlki illərə nisbətən ilıqlaşmasını da, məhz Turqut Ozal ailəsi ilə olan münasibətlərlə əlaqələnidiridilər. Əl öpmə məsləsinin Ozal ailəsi və Cem Qaraca tərəfindən dəfələrlə təkzib edilməsinə baxmayraq, solçular əfsanə musiqiçini ittiham etməkdə davam edəcəkdilər. Beləcə Türkiyənin Nazim Hikmətdən sonra yaşadığı ən böyük solçu sənətkar istər radikal solçulardan, istərsə də sosial-demokratlardan incik düşəcəkdi və Nazim Hikmətdən fərqli olaraq Cem Qaraca əqidəsinin xəyal qırıqlığını vətəndə yaşayacaqdı. «Qara oğlan»ın susqunluğu isə, onu hər şeydən çox üzmüşdü.
 
Buna baxmayraq Cem Qaraca ölümündən bir qədər əvvəl televiziya kanallarının birində belə söyləmişdi: «Mən yenə də solçuyam».
 
Əfsanə necə doğuldu?
 
1962-ci ildə Bəyoğlu idman sarayında musiqiçi dostlarının xahişi ilə səhnəyə çıxıb mahnı oxumuşdu. Türkiyə ilk dəfə Cem Qaraca ilə bu səhnədən tanış olmuşdu. 17 yaşı vardı. Bu gənc bir neçə il sonra Türkiyənin rok musiqisinin əfsanəsi olacaqdı. Amma ilk səhnəsi zamanı elə bir ciddi effektin yarandığını söyləmək belə mümkün deyil.
 
Üstəlik Türkiyənin böyük teatr sənətçilərindən olan atası Məhmət Qaraca oğlunun musiqiçi olmasını qətiyyən istəmirdi. Ötən əsrin 60-cı illərində Qaracalar ailəsi gənc Cemin musiqi həvəsindən dağılmaq həddinə belə gəlib çatmışdı. Ata Məhmət oğlunun musiqiçi olmasını qətiyyətlə rədd edir, ana Toto Qaraca isə oğlunun istisnasız istedadlı olduğuna inanırdı. Münasibətlər o qədər gərginləşmişdi kİ, hətta Məhmət Qaraca konsertlərdə oğlunu fitə basmaq üçün onlarla adam belə tutur, onun haqqında mətbuatda ağır tənqidi yazıların yazılması üçün muzdlu yazarlar çalışdırırdı. Amma nə olursa olsun yayından çıxan ox kimi Cem Qaraca musiqinin ürəyinə saplanmaqda davam elədi. Bunun üçün anası ona hər zaman mənəvi dayaq olmuşdu.
 
1980-lərdə atası vəfat edərkən, o, Almaniyada mühacir həyatı yaşayırdı və bu üzdən atasının dəfninə qatılmamışdı. Atasının dəfninə qatıla bilməməsi onda vətən depressiyası yaratmışdı.

 Image result for Cem Karaca

60-ci illərin əvvəlində Cem Qaraca daha çox Elvis Preslini yamsılayırdı. Amma onun yorumu tamam fərqliydi. Özünü yaratdığı yeni musiqi yorumu və texnika ilə Cem ənənəvi türk musiqisini darmadağın etdi. Onun səsi, bəstəsi və yorumu fərqliydi. Bu yorumu və bas səsi onun təbii ki, ənənəvi türk musiqisində yer alması imkansızdı. Elə ona görə də ənənəvi musiqi yorumçuları onun səsinin olmadığını iddia edirdilər və bir anlamda haqlıydılar. Amma Cem Qaraca öz səsinin imkanlarına uyğun olan şahanə bir musiqi yaratdı ki, bu da hər bir musiqiçinin başara biləcəyi iş deyildi.

 Image result for Cem Karaca

70-ci illərdə Cem Qaraca təkcə türk musiqisini dəyişməmişdi. O turk mədəni görüşünü, türk ədəbiyyatını, türk insanını dəyişdirmişdi. O postmodernizmin Türkiyəyə açılan qapısı olmuşdu. Onun geyimi, fiziki görünüşü, bəstələyib oxuduğu mahnıları, yeni dönəmin avnqardı idi. O türk xalqının aldığı yeni nəfəsdi və bu nəfəs türk mədəni mühitinin yenidən formalaşmasında şəksiz önəmli bir yer almışdı.
 
Cem Qaracanı digərlərdən fərqləndirən əsas şey, hər nə qədər postmodernist və avanqard Avropa musiqisini təmsil etməsinə baxmayraq Anadolu insanının bağrından qopması idi. Cemin bəstələdiyi və yorumladığı rok musiqisi sadə türk insanının məişətindən yoğrulmuşdu. Onun yaratıdıcı rok türk folklorunun ta kəndisi idi. Ona görə də sadə xalq onu özünə məhrəm bildi. Ən azından peşəkar musiqiçilərdən daha yaxşı qavradı və həzm elədi. Anadolu insanı onun musiqisində öz ahlarını duyub eşitdi. Cem Qaraca mahnıları həmçinin xalqın ümid göz yaşlarıydı. Yəqin ki, «Rəsmdəki göz yaşları»nı hər kəs xatırlayır. “Təmirçi çırağı”nı sadə xalqın başa düşməməsi qədər anlamsız nə ola bilərdi ki.. Ya da “Namus bəlası”nı kim Cem kimi anlada bilərdi ki..
 
Sol hərəkatın bayraqdarı
 
Cem Qaraca həyatı boyu ona qədər qrupla çalışmışdı. Bu qrupların bir çoxu öz dönəminin əfsanəsinə çevrilmişdi. Müxtəlif zamanlarda «Apaşlar», «Moğollar», «Kardeşlər», «Dərvişan» və başqa qruplara rəhbərlik etdi. Onun yaradıb dağıtdığı qrupların hər biri türk musiqisinə öz adını qızıl hərflərlə yazdı.
 
Türkiyəni tərk etməzdən əvvəl qurduğu ən son qrup «Edirdahan» adlanırdı. Bu qrup öz adını Ədirnə və Ərdəhanın birləşməsindən almışdı. Bu qrupla buraxdığı ilk və son albomu olan «Safinaz» türk musiqisinin o zamana qədər yetişdiyi ən bilinməyən bir zirvəydi. Bu 18 dəqiqəlik bir rok opera idi və kasıb bir qızın pis yola düşməsini anladırdı. Albomun digər mahnıları Nazim Hikmətin və Əhməd Arifin şerlərinə bəstələnmişdi. Cem Qaraca bu albomu ilə 1979-cu ildə Londonun dünyaca ünlü «Rainbow Arena» konsert salonunda başarılı bir konsert verərək bütün dünyanı özündən bəhs etdirməyə nail olmuşdu.
 
Image result for Cem Karaca

Bu dönəmdə radikal solçuluğun simvoluna çevrildiyinə görə hakimiyyətdən davamlı olaraq basqılar almağa başladı. Artıq Qaracanın Türkiyədəki yaradıcılığı imkansız hala gəlmişdi. Dostları ilə məsləhətləşərək Almaniyaya köç etdi.
 
Bir il sonra “12 eylül darbesi” reallaşacaq və Cem Qaracanın “1 Mayıs” albomu kommunist təbliğatı kimi dəyərlədiriləcəkdi. Məhkəmə Cem Qaracanı günahkar bildi və ondan vətənə dönüb məhkəməyə çıxmaq tələb olundu. Elə həmin ərəfədə atasını itirdi.
 
Avropa turnesinə çıxan Qaraca bir il vaxt istədi və ona bu vaxt tanındı. Sonra bu vaxt yenidən uzadılsa da, Cem Qaraca həbs olunacağını bildiyi üçün vətənə qayıtmaqdan imtina edib, Almaniya hökümətindən siyasi sığınacaq istədi və alman pasportu aldı.
 
1983-cü il fevralın 6-da Cem Qaraca və ünlü türk rejissoru Yılmaz Güney türk vətəndaşlığından çıxarıldılar. Artıq vətənə dönən yollar qapanmışdı.
 
O illərdə Cem Qaraca musiqi həyatına davam elədi. Daha çox Nazim Hikmətin sözlərinə mahnılar bəstələdi. Elə həmin illərdə “Oğluma”, “Bəklə bəni”, “Alamaniya berbadı” albomlarını buraxdı.
 
“Qovulmuş övladın evə dönüşü”
 
1985-ci ildə dostu Məhmət Barı ilə birlikdə Cem Qaraca Münhenə gələn Baş nazir Turqut Ozalla görüşdü. Qaraca geri dönmək istədiyini dilə gətirdi və Turqut Ozal ona olumlu cavab verdi.
 
Türkiyəyə dönən Ozal, Cem Qaracanın Türkiyəyə dönə bilməsi üçün hüquqi prosedurun başladılmasını tapşırdı. 1987-ci ildə Cem Qaracanın vətəndaşlıqdan çıxarılması haqqında məhkəmə qərarı ləğv edildi. Elə həmin il Qaraca Türkiyəyə döndü.
 
PKKrGSuTiEjFxkmghG2sb2ysNiuxCouEgGCbgFQJ3T6VN7H2KlhJKAO0Ik8Cd5E6VnOPxpViFupBhSswjUkqmN+gtVu2F0nWQQsd8EpAMabreNC1mmmoLw1heqHq793lZYMPtcXzgyBoBN4nQboqO2ltSBJMg6HOY+HQ8DJ+VAY4hSxByq1mSJ8OOm/jURtDEBUhVlTqnQiPxDd486Xo0kdyYO23CaIjpK+HFBRPlwubTVfQvvAjcPoKfxBKjl8dfetDhNyfKvS1QUYJIx7PmG8hPM+5pIRJtSlqgU2g3Ea2oy6KDyEgkzaB/nTSv8vCnUHvGeYNNu3tURBk0pq/GlhCMsmc08aV2MQQfCd9TJAvZroacStQCkwqf/E33Grs90+LjDbIUpORYKVEElKRpKh8UazVAc+u760/h3YI38v3oNtMJrkPVa4cH0ZsFLLuEKmXEYh1xPedMEqVpe1gOG6ss6Y9FXsMRmuk3CwLTrFtKgtmbXfbKSyspUL2kFV9CBZQN/Stb2Dtj+NYS0+R2hJkeG/8AyrMnF0yTQ3FKS4MRdbcORsoVnWRlTBBMkARPjWl4c4hWEU3lLbiBlWTxgacr68qjOmz5bxiA5lV2KkqbKbdwEGDH92KMxfS5rEuKU02pCgjeR3lRA33gmpqW7Yxlt6JBKGVkrCMGtTi8OgwNXFm58AfGq7i2eydKTeDWibO2UpDcEgFUqWreonW+8faq10raS2UkJGYmJJ3cfGr6bVbp7EUtp8uWQTWGzStRA4Ta9OMYXIkqzZiVeUb715TqbwJBMDfff4V1qElOcEICk5gnhmGb5SKfbYqkhvGSFkgyIBjd6UQnEplJ1Oa/hFqTtd9BdUpCciT8KeA3UCETfjU2qS5BvhkscSFEhW86DQcqnNm7YW0jK2kG5knjujyqltr8aKOKVAAMAUKzTJrAaF218l5S3Bv+nn5/ajGkxv8An6CvKb9/tTiKzHI1sBbOsUcydPfOgG/f1oppQ9/P6igvJ1EvhPWffvzo5FR2FNjPsezUgKHjkqx2ffnTiE0kCnkCiRBNjrQotFDNj3786fSaNEFIfFUvpG65jMQlnCODLh1EYhSSCtBVH9nxUkC4/qo7pjtxxpKMNhe9jMRKWhubT+JxXADdz8KyDHrxGxXS0lyMTAUtYOZKgZN5+KbzNHjW5x479EwT4LFtnbCe2cZUC82lRQVpGRShlAgp0Ch3r+dVTaGPKM7aBLblglJzLBkgCTqpRi/AAU7steK2riQGEJS78byzIbiwClmOQAGpNal0V6uWcMsPPqD7qTmSMsNtq1zJSTJVOhOnAUSMIU99+xffx5XwVTpD0P8A4LD4dxaSrKgB6DGVUEqIMWGYgeVUzA4iHEm5hKQnLznju8a2zrB6UN4JiFN9qtYIQgkQeJPITWFNNGM0EXGgsDO6r1eZPcVnJ8YLcxi0KZC1KulRPEwLW38pqL2njAtMxuAnW3+dRrSlBEjiSOdrDnP6U2vFdwpBtxi53getSGnSeUSc/cAxbxKj9B+1IbMA8aQSTJNcJt41oJCUuWMuVxswZ4UsikO6xwqxwW0u99/1rqhE0xSkrtFQgpYkCB4+tOMJzDLO+RYm9MpUQbUUyqIUDE7uNcZOR9vDJy96bTaI4Rc+deBEaBPOSfrSR3iVESNN9F4ZptUC5jgYPlNCb9zqG28asCArwtbjUhhdtuJjKqCDNgJ+ljQowQCZSolMX5ceVMhog6RPGqOMZLoYrk4hj+ILiipZKid5JNTnRhhGcFZB5eVvC4moBShMe+Xyp3CYgoO/mJiPOgXVOUHFDEWs5ZcukW2OyAzEHhG+s/2htJTyyo+Q5UVtnHFwJE6aVDlJG6potLGqP1HElJZ7DG8YAIAvM+fKusuJk55CTOms0IFgGwvzojZ5UtwACSbARJJjdTjilyZ964WEMOIhWkg7zx30RiyAs8IGnhQ6kqSooIykEgzuI1pLi7Xrgi0exJva1qGlUmJpRSTvpxpAG+rnTZVN8b++FBrG73++6pIpt6/tQOK1/X9/P5V55M3jrI98/Gn0G/uff7Uzhr29zTo+L51JdkJnA6eZ52sPtUoBaorZ9yBrw58T86mG08qF6lZC26JbTTDVEpq6AtjiRQm3NrN4RhbzuiYhI+Jaj8CUjeSSB60rH49vDtLeeVkbbEqVw3AAb1EkADiQKy3ZfWExicX2+OHZtsJKsKyJUFOEm7hi7mWI0AvTNdbks44QKUkngtCXlbPacx+KhWPxXwI3Mtx3UDglIuTvrLxhn9q4oMtd9ZJU46rRI0KlHckAWT5UZtnaOJ2tjOyaGZ1y2vdabBvJ/CgSJO8+VbD0R6Ms7PYDTXeUYLjn4nF8TwSNw3UZPwvM/mfS9kdljG1fmx7ot0dZwDIZZHArWYzOKi5UeHAaCpwU0hXGligN5eQeMcGadceBVOHfCSUgqSreAdUlXAc/CqbhlpCAkxdMg/mUCI1recdgm3m1NOJCkKBBB4Gsy251XOhSlYRaFN2IacJCkn+lyDbxosJJrbJlvqjPdp4pIAFpk6RpO7hv9ai1uzF98xVq2t1fY1plx54NIbbTmV/MKjbh3dbjfVWew8WndWhU4Y8ryAsUsjJOblNeyiL11By+WlMKWTrRkLs8FRTSjeaWkbzSFVY4JUqvAVyrz0J2QhrCP7UfTmS1KGEEWW6YSCeIClAeRoV1nhxydSyQfRzZjby1trSsqCQuUkAJQk98EalSjlQNIzE7hUpjejhzyQAnMpCQN5QQl0gbk5pSOSTVp6stkjsVYhfxvvIEkfgQ4kmPFQV5AUrbzmVTcCwZQrzVKlepNZVutl4zhD0Nn4ZpoylmzpclTVgAl3skkwlKfUm59acb2NlzLAUQCRmB0KkwhHNSlH0FLYeBckk3gW5mpfC7WyqSwSGwCtS3LAJtlzGfyNaDepYok7LVjA446e2meI9MreF2eEJVndSlYVAnNCgBBg7zNRRxBCiJ0kQb1NdNsMltTaRaEqUGhH8lsnM2FHXtCO8rxqF7NSEoW42cjklKiD3txymnaWnHc32YFkNs3t5QT2wUIiPoN1enS9CEFJ5bvDdXc5iKvtLxnwOPEUPrenBf0poi1XXAarUuv7DK3Iq2dUeE7TaKFFMpQhauQVEJn1NVDEJE2Fq07qUxrbSMaFrSiyFZlEAAQob9bzahaltVsArHZZllc6RJZcxCktJPbqfdLnJIJPpEVBqAQVEiYEJnjXe0yYl1QWVd5cLB+IKJpzGtqWJSmBUj5UkBseXkiAqupciuPNFJvXkmjIoboDQmME7vd5+tFo098qZfbnX38686bowwPt8+VOrR3p4/tGvl6UhtMHh7/wA/Wiezv9/fKozpLbPb9+XGpdFR2z9OPPlNSZNUYOT5FppxPvhx8rU0k1WOszGlGAdbbzFxwQAgEkNggvKMfCkJsTzAosI7ngDLrJnfWZ0w/jHexZV/qrSrEf7Zy4Kv7oFk+Z32p77OREr+JUED8qeJ4E0tlAQkOET/ALpJ3neo8gPU1P8AV4xhn8en+NWIF0IIs66VAISY3CZjfFbaxVDj0EOZyNG6m9iOYfCLcdbShTygpBj+YWwO7mnRM3A5zWgikeNKBrHnNzk5P1HIrCwOAUpJpKaXURVihSqSK6KtgqV7p3hO2wT6JiUz5i4k+NfPOKkkybiQRw/fWvpnbRAZXN5SRB3mLeVfNW0msrixqJN+NzenNG+WiT+QBUkx9KZUaJg86FWa0RVnlKps0omkCoUOpTNuJitg2gzl6N4VAHxKRJG/+YtRPmR86yjZiQp9oHTOmfCRNfR3RrZbT2zMMyQFI7JBHOCDWfrrNrj9wsV5clY6Dvg4Fgj8LigoT/x/sqoHpcuAgjU4ZvhcpzA/Sj+jbYw/+kcKTdh8rSP6SUKH0FR3Sod3Dm39k8mfBxQHpWVCtLUt+7/dZNf4bJvcn7P9imtEieI5+761fcNstvF4YDRYfELgTdkrE8RIGtZ+kXJPj8gB9K0PoQv/AFck/hcw6ju1Utsn5xT+vzGKku0wWjk/DsS+hn7ux8QnEhp7Vxaczs5k96FFRV/dMxV861DhMPg8PgsPlKk5TYhRQhI1J4qJGtRXTjF5WQEiFRh1jjKQtJ/8asO0+rpjENoew5LTiwlSolSVSATY6HWhS1MP6dl3CXt7gnQ1nY+zMkIPZpOsDvDgCTkA55Uk00sW38vfGrdtHZCE2bHZpSrsyie8ncc6o776xmVA+FJHEVV8XhVINwQFDODuG+PGCK0Kr4z6LWaVqtTXXQGhVKWOFdcseE11B13imcimMArg3RT2AwRcOUTTb4qxbDASUkXtfn70qlksRA45CsFsNlsXSCfOfKnhg7hMQnh8hU2GkqSFDUX+/wBqgcNiS4/G+TYfaszxJSy8h3FIidubHPaZUnmBpUGtGUlJFxrWg7TwkHOfADh7FUDaLgLisuk68ad01jmgEkkbUyZ14/pEe+FPKbME3/Sm2CPP95o0NyPGsTJs5AQj08qda19Pnp9Kddbg+H2/avYdMmw+fzPOoRMlNnW3+/YPrUiNKBwaf09/Sjga4mDl2N4rEpaSVqMBN7XJ3AAbySQAN5NVXpntw7Pwyyq+OxacoQL9k3cJQOMZj4qUeVS+O2syy4448TkwoQoIAJzPLCigndCUi26VzqBVa6FbLXjn1bWxUKlR/h0ahIBjMRy0A86PCKxul1+/sgbZl+39lOMOJacUVOhtBdSLhoqkpQSN4TlJ5nlUp1XYLtdpscG87hn+lBj/ALimrR0zYDGMxS0rV3me1WncFL/lpjj/AGYJPOpDqq6MOtH+OdKP57KQ0kXORRzEq0AJCRa9Pz1OaXn2/cXdOJJmlginE00mlA1mphmPJNKTTSFTTiaujjHAa8VUma8KtkpgA26odmZ4Gvnrb5T2qoAFzYbhwit96SA9mY4V89bW7rigRJk+s09pUuwc28Ee64SI3a0Ko08pU+lCrNaAu+RRNeTSAaUo1zJUe2f/AGqP71fRHVTjM2CS2dWlLTv+FX8xuOUKjyr542YmXUf3hWu9WW3CMapg6OsoI4BbUhVuYV8qQ1qbXHpyPV1507l9R/pRhCzth0j4cVg3CRxWgR+gqH6ZEISyDuViB6uA/wDtV26xMLL2BeG5xxpR/pcaV/7JFULrDV3UHg6r/ubaX96Qr810Pt+2UW09zqy0U55X1q59BsRLeIbvHZIWP8DqSY9ao2bcatHQB2X3EjRWGeB8sih9K0dZDNL+gGuxxlx6j/TdoBGJBEFPZhI5Z3P0rX9iJ/1TDn/gtn/tFZp072UXW1qbuXAs8PgCV7+RVWi7E2khGEwgP42m0jXUIFYt+LNPGP3/AGQ45cpr2Mq6cYlTW1HSiQksozwAVBKiErUjNZKimBPCo3amFS4MwJKJ7mWYVB7wRMFQzLAKovlPlbOtbZeTFsuJTJeaU2q/5VIUDfxqo7IxGVC23SQlsZgBeAe6mVamJISkQJUSY3vUf6UZLtIc089ycfRkC81EKUdZJTqQN1JWupPG4PvFIF1QpaiZi9wB4/SodZjS9alc1JZMy+GyTQ+gCasGBdQQMgzK0gfrVZKpHhTLoI0JHhXJ17/UWlLgvI2glkAKIlSgAJ8t3jTrJSl1TiQCpW4VV+jDrWZQdTnIIIJvEVbP4ltMPJMCNIms69bJYSLV8rsgtt7dW8FtNtqJFlEAmONVA/Pf+9aedsMtd2wJvASb79YqkdIdoofcltICUiJiCo7yaZ0tjb2qGF7nLIJLOT//2Q==" alt="Image result for Cem Karaca">
O artıq tək çalışırdı. 1987-88-ci illərdə iki albom çıxardı. «Törə» albomu 88-ci ilin ən çox satılan albomu oldu. Elə həmin ildən başlayaraq yasaqlı olduğu TRT ekranlarına çıxmağa başladı. Hakimiyyətlə münasibətləri normallaşan Cem Qaracanın solçularla münasibətləri korlanmışdı.
 
“Mən fələyin təkərinə çomaq soxarım..”
 
Cem Qaraca geri dönüşündən sonra möhtəşəm musiqi yaratmaqda davam etmişdi. 90-cı illərdə məşhur “Mindik min əlamətə” albomunu buraxdı. “Qəhbə Bizans” filminin musiqisini yazdı. Sonra “Islak, Islak”ı söylədi: “Saçını tök sinəmə, dərdini söylə... yağmurlar əkərim göyün göyün göksünə, günəşdə dəmlərim sənin çayını.. Mən fələyin təkərinə çomaq soxarım...”

 Image result for Cem Karaca

Cem 90-cı və 2000-ci illərdə böyük işlərə imza atdı. Bir çox sənətçiləri birləşdirib dev layihələr qurdu. O dahiydi və əfsanəydi. Hər kəsin bildiyi sadə bir əfsanə. Barış Mançonun ölümünə çox üzülmüşdü. Üç il sonra Barış Manço kimi ürək tutmasından öləcəkdi o da.
 
Qaraca 2002-ci ildə qatıldığı bir televiziya proqamında verilən bir sualı belə cavablandırmışdı: «Mən hələ də bir sosial-demokratam. Həə, 80-ci illərin önci qədər ciddimiyim? Yox.. Zatən bundan sonra yapmamız gərəkən iş bunları buraxıb bərabər olmağımızdır”. 
 
İlk mahnısını ilk sevgisi üçün oxumuşdu
 
O, ilk dəfə sevdiyi qızın diqqətini cəlb etmək və onun sevgisini qazanmaq üçün oxumuşdu. 14 yaşı vardı və ilk sevgisi onun üçün tanrının yerdəki mücəmməsiydi. Qızı Johnny Guitardan bir mahnı ilə etkiləmək istəmişdi. Sevgisinin Johnny Guitardı çox sevdiyini bilirdi. Amma pianonun arxasına keçib bas səsi oxumağa başlarkən qız onun səsindən qorxmuşdu belə..
 
Yeniyetmə Cem Qaraca Səudiyyəli Nəsrin adlı qızı etkiləyə bilməsə də anasını etkiləmişdi. Teatr sənətçisi olan anası onun səsini kəşf edən ilk tamaşaçı oldu.
 
Sonradan 3 il sonra, yəni 1962-ci ildə ilk dəfə səhnəyə çıxarkən klassik musiqi sevərlər onun bas səsi ilə oxuduğu roka gülmüşdülər. Hətta, o uzun müddət bəzi dairələrdə lağ obyekti olmuşdu. Amma cəmi bir il sonra Türkiyə musiqisində hər kəs ondan bəhs edəcəkdi.
 
60-cı illərin sonu və bütün 70-80 ci illər boyunca Cem türk musiqisinin əfsanəsi olacaqdı. O həmçinin solçuların bayraqdarına və türk postmodernizminin simvoluna çevriləcəkdi.
 
“Məni atamın yanında basdırın”
 
Cem Qaraca dövlət törəni ilə dəfn olunmasını istəməmişdi. Amma dəfn olunurkən on minlərlə adam və dövlət rəsmiləri dəfn törəninə qatılmışdı. Vəsiyyətinə görə onu atasının yanıda, Qaracaəhməd qəbirstanlığında dəfn olundu. Onu da qeyd edək ki, Cem Qaracanın atası azərbaycanlı, anası isə erməniydi. O hər zaman hər yerdə özünün türk olmasından böyük qürurla danışardı...
 
Image result for Cem Karaca

1945-ci il aprelin 5-də Mahmud Cem Qaraca adı ilə İstanbulda gözlərini dünyaya açmışdı. Atası azərbaycanlı, anası erməniydi. Həyatı boyu 5 dəfə evlənmişdi. İkinci evliliyndən bir oğlu var. Amma buna baxmayraq Türkiyədə bu gün onlarla adam onun övladı olduğunu idda edir. Hətta iddiaların sübut olunması üçün DNT testi aparmaq gərəkçəsi ilə onun qəbrini belə açacaqılar
 
Hələ də albomları rekord satışla satılır...
 
Bir bazar sabahı, 8 fevral 2004-cü ildə kesirdiyi infarkt sonrası Bakırköy Acıbadəm xəstəxanasında keçinmişdi. 59 yaşını hələ doldurmamışdı...

Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar