Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həccin vaxtı açıqlandı


Azərbaycanın ilk zəvvar qrupu sentyabrın 24-də yola düşəcək


Həcc ziyarətinin vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun ANS PRESS-ə verdiyi məlumata bu il ziyarət sentyabrın 23-dən başlanacaq. Zəvvarlar son bir neçə il olduğu kimi ziyarətə təyyarə ilə yola düşəcəklər. 

Zəvvarların ilk qrupu sentyabrın 23-dən 24-ə keçən gecə saat 01:40-da yola düşəcək. Növbəti reyslər isə sentyabrın 25-i və 28-i olacaq. Zəvvarların qayıdışı isə 11-15 oktyabra nəzərdə tutulub.

Ziyarətə gediş Səudiyyə Ərəbistanının “Nas” milli avia şirkəti, qayıdış isə Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə həyata keçiriləcək.

M.Payızovun ANS PRESS-ə verdiyi məlumata görə, Ebola virusunun yayılması ilə əlaqədar Səudiyyə Ərəbistanı 3 ölkənin vətəndaşlarına viza verməyib. Bunlar Qvineya, Liberiya və Sierra Leonedir. Zəvvarların gələcəyi ölkələrə tövsiyə xarakterli təlimatlar göndərib. "Təlimatda gigiyenik qaydalara riayət etmək, ünsiyyət zamanı çəkinmək kimi məsləhətlər yer alıb". 

Xatırladaq ki, bu il 3600 zəvvar Həcc ziyarətinə yola düşəcək. Ziyarətlə bağlı bütün lazımi tədbirlər görülüb, zəvvarların nəqliyyat, qalmaq və qidalanmaqla bağlı bütün məsələləri həll edilib. Ziyarətin qiyməti 3250 və 4000 manatdır. Qiymətdəki fərq zəvvarların qalacağı otellərlə, oradakı şəraitlə bağlıdır.

Bu il Qurban bayramı oktyabrın 4-nə təsadüf edir. Buna görə zəvvarlar oktyabrın 3-ü Ərəfat dağına çıxacaqlar. Oktyabrın 4-də isə şeytana daş atma mərasimi keçirəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar